12px13px15px17px
Tarix:20/09/11

RİTN-də Azərbaycan-Avstriya biznes-forumu keçirilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan-Avstriya biznes-forumu keçirilib.

Forumu açıq elan edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ölkə başçısı İlham Əliyev cənablarının diqqət və qayğısı sayəsində ölkəmizdə rabitə və informasiya texnologiyaları sektorunda həyata keçirilən layihələr və əldə olunan uğurlar barədə forum iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra çıxış edən Avstriyanın Federal Kanslerinin “Elektron-Hökumət” layihəsi üzrə İcraçı baş katibi Kristian Rupp “Avstriya beynəlxalq model olaraq” adlı məruzə ilə çıxış edib.

O, Avstriyada “E-Hökumət”in yaradılması və inkişafı haqqında geniş məruzəsində ölkəsinin bu sahədə əldə etdiyi nailiyyətlərdən danışıb. K.Rupp bildirib ki, Avstriya Avropada “E-Hökumət”in yaradılması sahəsində əldə etdiyi nəticələrə görə birincidir.

Vyana şəhəri Avtomatlaşdırılmış Məlumat emalı, kommunikasiya və informasiya texnologiyaları üzrə 14-cü bələdiyyə departamentinin nümayəndəsi Peter Rinzner “Bələdiyyə səviyyəsində e-hökumət həlləri” mövzusunda məruzə edib.

Cənab Peter Rinsner bildirib ki, 15 ilə yaxındır Vyana bələdiyyəsinin ümumi portalı mövcuddur və bu müddətdə portala 30 milyondan çox müraciət daxil olub.

“Bu portala daxil olan bütün vətəndaşların müraciətləri ünvanlar üzrə göndərilir, müraciətlərin icrası təmin olunur. Bütün bunlar vətəndaşların elektron xidmətlərdən yararlanmasına geniş şərait yaradır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev ölkəmizdə informasiya texnologiyalarının inkişafı haqqında danışaraq Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda informasiya cəmiyyətinin qurulması istiqamətində ilk addımların atıldığını qeyd edib.

İ.Əliyev ölkəmizdə İKT-nin inkişafı istiqamətində qəbul olunan “Milli strategiya” və Dövlət Proqramlarından irəli gələn məsələlərin icrası, “E-Hökumət” layihəsi istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış edib.

RİTN-in Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov ölkəmizdə “E-Hökumət” portalının yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.



Baxış sayı: 2010

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024