"Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi" lisenziyasına müraciətin “Elektron hökumət” portalı üzərindən sadə yolu
Müasir dünyada biometrik texnologiyalar müxtəlif xidmət növlərinin təqdimatında şəffaflığı, təhlükəsizliyi, dəqiqliyi, eləcə də rahatlığı təmin edir. Biometrik texnologiyalar qlobal dünyada müxtəlif obyektlərə təhlükəsiz girişi təmin etməklə yanaşı, maşınlarda bluetooth və əyləncə sistemlərindən istifadə zamanı, elektron ödənişlərin icrası zamanı, qan banklarında donorun rəsmiləşdirilməsi zamanı və s. sahələrdə tətbiq olunur.
Ölkəmizdə biometrik texnologiyaların yaradılması "Biometrik informasiya haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq şəkildə aparılır. Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi üçün lisenziyanın verilmə prosesi isə "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanına uyğun icra olunur.
"Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi" lisenziyasına müraciəti dəqiqələr sərf edərək elektron şəkildə əldə etmək mümkündür:
Bunun üçün,
1."www.e-gov.az" portalına daxil olaraq "Bütün xidmətlər" bölməsindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xidmətləri sırasından "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi" elektron xidmətini seçin.
Xidmətə giriş üçün RYTN tərəfindən verilmiş elektron imza kartı tələb olunur.
2. "Lisenziyanın növünü seçin" xanasından "Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi" lisenziyasını seçin.
3. VÖEN-i təsdiqləyərək əks olunan xanalara müvafiq məlumatları qeyd edin.
3.1 Tələb olunan sənədləri elektron imzaladıqdan sonra hər birini adına uyğun şəkildə yükləyin.
4. "Göndər" düyməsini seçməklə elektron müraciətinizi tamamlayın.
Nəzərinizə çatdıraq ki, elektron müraciətə baxış 15 gün ərzində icra olunur.
Baxış sayı: 3392
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib