Tarix:31/03/16
135 ölkə arasında keçirilən müsabiqədə ümumilikdə 1075 ərizə qəbul olunub. Azərbaycandan təqdim olunan "HealthBox" adlı innovativ layihə beynəlxalq ekspertlər tərəfindən müsbət qiymətləndirilib.
Sözügedən mobil proqram xəstələrin tibbi xidmətlərə əlcatanlığını yüksəltmək üçün nəzərdə tutulub. Proqram xəstələrə öz sağlamlıqları ilə əlaqədar məlumatları bilavasitə tibb müəssisə və apteklərə göndərməyə imkan verən mobil tətbiqdir.
Azərbaycandan olan layihənin finala keçməsini isə aprel ayının 1-dən may ayının 1-nə kimi keçiriləcək ictimai səsvermə həll edəcək. İctimai səsvermədə hər bir şəxs gündə bir dəfə olmaqla səs verə biləcək. Yarımfinala çıxmış 102 layihə arasında 30 ən çox səs yığan layihə seçiləcək. Finalçılar Elm və Texnologiya üzrə Qlobal Sammitdə öz işlərini təqdim edəcəklər.
Onu da qeyd etmək lazımdır ki, hər il sammitin açılışını ABŞ prezidenti Barak Obama şəxsən özü elan edir. Bu il finalçılar ABŞ prezidenti ilə görüşmək, layihələrinin inkişafı üçün investisiya cəlb etmək, qlobal elm, texnologiya sahəsində faydalı əlaqələr qurmaq, investorlarla qarşılaşmaq imkanı əldə edəcəklər. Yarımfinala Azərbaycan ilə birlikdə, qonşu Gürcüstan və Ermənistandan olan layihələr də yer alıb.
Səs vermək istəyən hər bir şəxs, linkə keçid alaraq, siyahıda Azərbaycandan olan layihəni seçərək, gündə bir dəfə səs verə bilər. www.gistnetwork.org/tech-i/vote
Eyni zamanda səs verənlər, öz ölkəsini 2017-ci ildə keçiriləcək GİST regional təlim düşərgəsinə nominasiya edə bilər.
Qeyd edək ki, Elm və Texnologiya üzrə Qlobal Sammit - "2016 GİST-İ" ABŞ Dövlət Departamenti və AAAS ( Amerika Elmə Dəstək Assosiasiyası) tərəfindən hər il keçirilən müsabiqədir. Qlobal sammit bu il 20-24 iyun tarixlərində ABŞ-ın Kaliforniya ştatında, Silikon Vadisində keçiriləcək.
Həqiqət İSABALAYEVA
Azərbaycanın 135 ölkə arasında seçilən mobil proqramı Barak Obamanın iştirakı ilə ABŞ-da keçirilən “2016 GİST-İ” beynəlxalq müsabiqəsinin yarımfinalına çıxıb
Azərbaycandan olan layihə ABŞ-da keçirilən "2016 GİST-İ" beynəlxalq müsabiqəsinin yarımfinalına çıxıb.135 ölkə arasında keçirilən müsabiqədə ümumilikdə 1075 ərizə qəbul olunub. Azərbaycandan təqdim olunan "HealthBox" adlı innovativ layihə beynəlxalq ekspertlər tərəfindən müsbət qiymətləndirilib.
Sözügedən mobil proqram xəstələrin tibbi xidmətlərə əlcatanlığını yüksəltmək üçün nəzərdə tutulub. Proqram xəstələrə öz sağlamlıqları ilə əlaqədar məlumatları bilavasitə tibb müəssisə və apteklərə göndərməyə imkan verən mobil tətbiqdir.
Azərbaycandan olan layihənin finala keçməsini isə aprel ayının 1-dən may ayının 1-nə kimi keçiriləcək ictimai səsvermə həll edəcək. İctimai səsvermədə hər bir şəxs gündə bir dəfə olmaqla səs verə biləcək. Yarımfinala çıxmış 102 layihə arasında 30 ən çox səs yığan layihə seçiləcək. Finalçılar Elm və Texnologiya üzrə Qlobal Sammitdə öz işlərini təqdim edəcəklər.
Onu da qeyd etmək lazımdır ki, hər il sammitin açılışını ABŞ prezidenti Barak Obama şəxsən özü elan edir. Bu il finalçılar ABŞ prezidenti ilə görüşmək, layihələrinin inkişafı üçün investisiya cəlb etmək, qlobal elm, texnologiya sahəsində faydalı əlaqələr qurmaq, investorlarla qarşılaşmaq imkanı əldə edəcəklər. Yarımfinala Azərbaycan ilə birlikdə, qonşu Gürcüstan və Ermənistandan olan layihələr də yer alıb.
Səs vermək istəyən hər bir şəxs, linkə keçid alaraq, siyahıda Azərbaycandan olan layihəni seçərək, gündə bir dəfə səs verə bilər. www.gistnetwork.org/tech-i/vote
Eyni zamanda səs verənlər, öz ölkəsini 2017-ci ildə keçiriləcək GİST regional təlim düşərgəsinə nominasiya edə bilər.
Qeyd edək ki, Elm və Texnologiya üzrə Qlobal Sammit - "2016 GİST-İ" ABŞ Dövlət Departamenti və AAAS ( Amerika Elmə Dəstək Assosiasiyası) tərəfindən hər il keçirilən müsabiqədir. Qlobal sammit bu il 20-24 iyun tarixlərində ABŞ-ın Kaliforniya ştatında, Silikon Vadisində keçiriləcək.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1557
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır