Tarix:05/04/16
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, ekspertlərin qiymətləndirməsinə görə, cari ildə qlobal bazara 284 milyon FK tədarük ediləcək ki, bu da ötənilki göstəricidən (289 milyon) 1.5% daha azdır. Masaüstü sistemlər və adi noutbuklardan ibarət ənənəvi FK seqmentində daha çox azalma (6.7%) olacaq.
"Gartner"in tədqiqatlar üzrə direktoru Rancit Atval əmindir ki, 2017-ci ildə FK bazarında yenidən artım qeydə alınacaq.
Mütəxəssis "Windows 10" əməliyyat sistemi (ƏS) və "Intel Skylake" aparat platforması ilə bağlı müsbət fikirləşir və hesab edir ki, FK bazarında onların birgə istifadəsi nəticəsində daha güclü xarakteristika və funksiyalara malik yeni form-faktorlar yaradılacaq.
"Gartner"in proqnozuna əsasən, cari ildə istehsalçılar ultramobil kateqoriyasına aid 57 milyon FK istehsal edəcəklər. 2017-ci ildə bu göstərici 73 milyona, 2018-ci ildə 90 milyona yaxınlaşacaq. Nəticədə 2017-ci ildə FK tədarükünün həcmi 296 milyona yüksələcək və bir il sonra kompüter bazarının həcmi 306 milyon qurğu təşkil edəcək.
2017-cidə kompüter elektronikasının tədarük həcmi 2.46 milyarda yaxınlaşacaq və 2018-ci ildə bu göstərici 2.52 milyard olacaq.
Emil Hüseynov
Gələn il kompüter bazarında yenidən artım qeydə alınacaq
"Gartner" analitiklərinin proqnozuna əsasən, cari ildə fərdi kompüterlərin (FK) tədarük həcmi xeyli azalacaq və gələn ildən sözügedən bazarda yenidən artım qeydə alınacaq."ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, ekspertlərin qiymətləndirməsinə görə, cari ildə qlobal bazara 284 milyon FK tədarük ediləcək ki, bu da ötənilki göstəricidən (289 milyon) 1.5% daha azdır. Masaüstü sistemlər və adi noutbuklardan ibarət ənənəvi FK seqmentində daha çox azalma (6.7%) olacaq.
"Gartner"in tədqiqatlar üzrə direktoru Rancit Atval əmindir ki, 2017-ci ildə FK bazarında yenidən artım qeydə alınacaq.
Mütəxəssis "Windows 10" əməliyyat sistemi (ƏS) və "Intel Skylake" aparat platforması ilə bağlı müsbət fikirləşir və hesab edir ki, FK bazarında onların birgə istifadəsi nəticəsində daha güclü xarakteristika və funksiyalara malik yeni form-faktorlar yaradılacaq.
"Gartner"in proqnozuna əsasən, cari ildə istehsalçılar ultramobil kateqoriyasına aid 57 milyon FK istehsal edəcəklər. 2017-ci ildə bu göstərici 73 milyona, 2018-ci ildə 90 milyona yaxınlaşacaq. Nəticədə 2017-ci ildə FK tədarükünün həcmi 296 milyona yüksələcək və bir il sonra kompüter bazarının həcmi 306 milyon qurğu təşkil edəcək.
2017-cidə kompüter elektronikasının tədarük həcmi 2.46 milyarda yaxınlaşacaq və 2018-ci ildə bu göstərici 2.52 milyard olacaq.
Emil Hüseynov
Baxış sayı: 616
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır