Tarix:15/04/16
Görüşdə ŞAR-ın rəsmilərinə “Azərkosmos” ASC, “Azerspace-1” peyki və onun texniki xüsusiyyətləri, “Azersky” peykinin tətbiq sahələri və növbəti peyk layihələri haqqında ətraflı məlumat verilib.
Eyni zamanda, görüşdə ölkəmiz üçün kosmik sənayenin inkişafının əhəmiyyəti və Şamaxı Rəsədxanasının kosmos tədqiqatlar sahəsinə verdiyi töhfələr haqda fikir mübadiləsi aparılıb.
Görüşün sonunda “Azərkosmos”la Şamaxı Astrofizika Rəsədxanası arasında “Azerspace-1” peykinə təhlükə yaradan kosmik tullantıların, peyklərin toqquşma riskinin hesablanması və bu haqda “Azərkosmos”un öncədən məlumatlandırılması, həmçinin vaxtaşırı olaraq teleskop vasitəsi ilə “Azerspace-1” peykinin şəkillərinin çəkilməsi və koordinatlarının hesablanmasına dair razılıq əldə olunub.
“Azərkosmos” və Şamaxı Astrofizika Rəsədxanası səylərini birləşdirirlər
“Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) mütəxəssisləri ilə görüş keçirilib. Görüşdə kosmosa atılmış kənar cisimlərin “Azerspace-1” peyki üçün yarada biləcəyi risklər, peyklərin trayektoriyalarının kəsişməsi problemi, teleskoplardan istifadə etməklə peyklərin müşahidə edilməsi, onların dəqiq koordinatlarının hesablanması, eləcə də nanopeyklərin hazırlanması və astrofiziki kosmik eksperimentlərə dair müzakirələr aparılıb.Görüşdə ŞAR-ın rəsmilərinə “Azərkosmos” ASC, “Azerspace-1” peyki və onun texniki xüsusiyyətləri, “Azersky” peykinin tətbiq sahələri və növbəti peyk layihələri haqqında ətraflı məlumat verilib.
Eyni zamanda, görüşdə ölkəmiz üçün kosmik sənayenin inkişafının əhəmiyyəti və Şamaxı Rəsədxanasının kosmos tədqiqatlar sahəsinə verdiyi töhfələr haqda fikir mübadiləsi aparılıb.
Görüşün sonunda “Azərkosmos”la Şamaxı Astrofizika Rəsədxanası arasında “Azerspace-1” peykinə təhlükə yaradan kosmik tullantıların, peyklərin toqquşma riskinin hesablanması və bu haqda “Azərkosmos”un öncədən məlumatlandırılması, həmçinin vaxtaşırı olaraq teleskop vasitəsi ilə “Azerspace-1” peykinin şəkillərinin çəkilməsi və koordinatlarının hesablanmasına dair razılıq əldə olunub.
Baxış sayı: 1203
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır