12px13px15px17px
Tarix:16/04/16

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verildi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın açılış mərasimi keçirilib.

 

Ümumrespublika olimpiadasının açılış mərasimində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Qafqaz Universitetinin nümayəndələri iştirak edib.






Tədbirdə bildirilib ki, artıq 10 ildir ki, keçirilən Olimpiada 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunub.

 

Qeyd edilib ki, olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq Olimpiadalara cəlb edilməsidir.

 





Məlumat verilib ki, Olimpiada iki mərhələdən ibarətdir. Birinci mərhələdən öncə 1 ay müddətində Olimpiadanın  saytında respublikanın ali təhsil müəssisələrini təmsil edən komandaların qeydiyyatı həyata keçirilir. 1 müəllim (rəhbər qismində) və 3 tələbədən ibarət hər bir qeydiyyatdan keçmiş komanda Olimpiadanın birinci mərhələsində iştirak hüququ qazanır. Hər bir ali təhsil müəssisəsi üzrə 4 komanda Olimpiadanın birinci mərhələsinə  buraxılır.





Ötən 9 ildə hər il orta hesabla 10-15 ali təhsil müəssisəsindən 40-50 komanda (150 - 200 iştirakçı) Olimpiadanın birinci mərhələsinə qoşulub.

 

Bu il isə Respublika üzrə 22 ali təhsil müəssisəsindən 55 komanda Olimpiadada iştirak etmək üçün www.olimpiada.az saytı vasitəsilə qeydiyyatdan keçib. Paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən də, Naxçıvan, Gəncə, Mingəçevir, Sumqayıt Dövlət Universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin tələbələri bu il Olimpiadaya xüsusi maraq göstərir.

 

Xatırladaq ki, Olimpiadada qeydiyyat 11 aprel 2016-cı il tarixində yekunlaşıb.
 





Olimpiada beynəlxalq "ACM/ICPC" (Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada) və "IOI" (Şagirdlər arasında informatika üzrə beynəlxalq olimpiada) qaydaları üzrə www.e-olymp.com/az/ saytı vasitəsilə keçirilir. Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda Olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Finalda ən yaxşı nəticə göstərən 4 komanda qalib elan ediləcək.

 

Məlumat üçün bildirək ki, Olimpiadanın növbəti (final) mərhələsi  30 aprel tarixində keçiriləcək.

 

Qaliblər "HP", "Nar" və "Caspian Telekom" şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla mükafatlandırılacaqlar.





Baxış sayı: 1938

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024