12px13px15px17px
Tarix:21/09/11

5 il sonra insanlar bir-birinə daha az zəng edəcəklər

“Ovum konsaltinq” şirkətinin dərc etdiyi proqnoza əsasən, mobil rabitə operatorlarının səs xidmətlərindən əldə etdikləri gəlir aşağı düşməyə başlayacaq, verilənlərin ötürülməsi xidmətlərindən əldə olunan gəlir isə əksinə, artmağa başlayacaq və bir neçə il sonra onlar səs əlaqə xidmətlərini sıxışdırıb çıxartmağa başlayacaqlar.

Bu o demək deyil ki, insanlar daha az zəng etməyə başlayacaqlar, məsələ ondadır ki, inkişaf edən bazarlarda səs trafiki artır, lakin gəlir isə əvvəlki səviyyədə qalır.

Operatorlar qiymət siyasətini dəyişdirməli olacaqlar, çünki bugünkü xidmət paketləri elə təşkil edilib ki, verilənlərin ötürülməsi xidməti sanki maddi yardım verən xidmətdir.

Bu tendensiya yalnız inkişaf edən bazarlarda deyil, həm də digər ölkələrdə görünür. Belə ki, Böyük Britaniyada bütün mobil trafikin 90%-ni verilənlərin ötürülməsi təşkil edir, lakin operatorlar ondan cəmi 30% gəlir qazana bilirlər.

Belə alınır ki, səs əlaqəsindən istifadə edən insanlar həm özləri, həm də internetdə işləyənlər üçün ödəyirlər. Əgər proqnozlara inansaq, dəyişiklikləri təxminən 5 il sonra gözləmək lazımdır.



Baxış sayı: 1215

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024