Tarix:25/04/16
Son zamanlar aparılan araşdırmalar göstərir ki, yeni kabel-kanal sisteminin tikilməməsi, şəhərin müəyyən yerlərində tikintinin qeyri-mümkün olması, sistemin uzun illər normativə uyğun düzgün istismar edilməməsi və bir çox digər səbəblər bu resursun gələcək texniki istismarını mümkünsüz edib.
Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) balansında və istismarında 16.900 müxtəlif ölçülü quyu, 1820 km telefon kanalizasiyası və 4006 km kabel kanalı var. Kabel kanallarında BTRİB-ə məxsus 1800 km fiber-optik (FO), 13.371 km fiziki (mis) kabel və digər təşkilatlara məxsus 3500 km müxtəlif tutumlu FO kabeli mövcuddur.
BTRİB-in mütəxəssisləri tərəfindən aparılan araşdırmalar göstərir ki, paytaxtın kabel-kanal sistemi normadan çox yüklənib. Hazırda birlik kabel-kanal sisteminin auditini davam etdirir.
Bundan başqa, kabel-kanal sistemində kabellər səliqəsiz və sıx yerləşdirilib, kabellərin üzərində tanıtım nişanları vurulmayıb, kabellərin montajı normativ tələblərə cavab vermir, habelə, kabellərin bu qaydada montajı qəza zamanı quyuya düşərək uyğun işin aparılmasına imkan vermir.
Kabel-kanalların çox yüklənməsi zədəli kabellərin demontajı zamanı digər kabellərin zədələnməsinə səbəb olur və yeni kabellərin çəkilməsini mümkünsüz edir.
Qeyd olunan səbəblər quyularda təhlükəsizlik texnikasının tələblərini, yanğın və partlayış təhlükəsizliyinin qarşısının alınmasını təmin etməyə imkan vermir ki, bu da öz növbəsində dövlət əhəmiyyətli rabitənin təminatlı işinə əngəl yaradır.
BTRİB-dən verilən məlumata görə, bu qanunsuz fəaliyyətə yol vermiş şəxslərin cəzalandırılması ilə yanaşı, baş vermiş nöqsanların aradan qaldırılması yönündə də ciddi layihələr başlanılıb. Nəzərdə tutulan işlərin nəticəsi olaraq bütün norma və tələblərə cavab verən, kəsintisiz və davamlı rabitəni təmin edən, istər dövlət qurumlarının, istərsə də özəl şirkət və təşkilatların inkişafına daim dəstək verən kabel-kanal sistemi yaradılacaq.
Bunu nəzərə alaraq, BTRİB kabel-kanal sisteminin düzgün istifadəsi və yeni kabel çəkilişini müvəqqəti olaraq məhdudlaşdırmaqla bağlı provayderlərə müraciət edib.
Bakı şəhərinin telefon kabel-kanal sistemi təkmilləşdirilir
Məlum olduğu kimi, Bakı şəhərində kabel-kanal sistemləri illər əvvəl inşa edilib. Uzun illər istismar edilən sistem yalnız rabitə müəssisələrinə deyil, eyni zamanda dövlət əhəmiyyətli qurumların, nazirliklərin və özəl müəssisələrin də rabitə xətlərinə xidmət edir.Son zamanlar aparılan araşdırmalar göstərir ki, yeni kabel-kanal sisteminin tikilməməsi, şəhərin müəyyən yerlərində tikintinin qeyri-mümkün olması, sistemin uzun illər normativə uyğun düzgün istismar edilməməsi və bir çox digər səbəblər bu resursun gələcək texniki istismarını mümkünsüz edib.
Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) balansında və istismarında 16.900 müxtəlif ölçülü quyu, 1820 km telefon kanalizasiyası və 4006 km kabel kanalı var. Kabel kanallarında BTRİB-ə məxsus 1800 km fiber-optik (FO), 13.371 km fiziki (mis) kabel və digər təşkilatlara məxsus 3500 km müxtəlif tutumlu FO kabeli mövcuddur.
BTRİB-in mütəxəssisləri tərəfindən aparılan araşdırmalar göstərir ki, paytaxtın kabel-kanal sistemi normadan çox yüklənib. Hazırda birlik kabel-kanal sisteminin auditini davam etdirir.
Bundan başqa, kabel-kanal sistemində kabellər səliqəsiz və sıx yerləşdirilib, kabellərin üzərində tanıtım nişanları vurulmayıb, kabellərin montajı normativ tələblərə cavab vermir, habelə, kabellərin bu qaydada montajı qəza zamanı quyuya düşərək uyğun işin aparılmasına imkan vermir.
Kabel-kanalların çox yüklənməsi zədəli kabellərin demontajı zamanı digər kabellərin zədələnməsinə səbəb olur və yeni kabellərin çəkilməsini mümkünsüz edir.
Qeyd olunan səbəblər quyularda təhlükəsizlik texnikasının tələblərini, yanğın və partlayış təhlükəsizliyinin qarşısının alınmasını təmin etməyə imkan vermir ki, bu da öz növbəsində dövlət əhəmiyyətli rabitənin təminatlı işinə əngəl yaradır.
BTRİB-dən verilən məlumata görə, bu qanunsuz fəaliyyətə yol vermiş şəxslərin cəzalandırılması ilə yanaşı, baş vermiş nöqsanların aradan qaldırılması yönündə də ciddi layihələr başlanılıb. Nəzərdə tutulan işlərin nəticəsi olaraq bütün norma və tələblərə cavab verən, kəsintisiz və davamlı rabitəni təmin edən, istər dövlət qurumlarının, istərsə də özəl şirkət və təşkilatların inkişafına daim dəstək verən kabel-kanal sistemi yaradılacaq.
Bunu nəzərə alaraq, BTRİB kabel-kanal sisteminin düzgün istifadəsi və yeni kabel çəkilişini müvəqqəti olaraq məhdudlaşdırmaqla bağlı provayderlərə müraciət edib.
Baxış sayı: 1587
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı