Tarix:26/04/16
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, 2013-cü ildə Avropa İttifaqı (Aİ) möcüzəvi qrafen materialının və onunla əlaqədar texnologiyaların tədqiqi üzrə yeni onillik proqrama investisiyalar yatırmağa başlayıb.
“The Graphene Flagship” adlanan qlobal proqramın əsas məqsədi qrafen və digər laylı materiallardan sənaye və məhsulların hazırlanması kimi sahələrdə istifadə üçün tətbiqidir.
Bildirilir ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş karbon atomlarının bir qatından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektivlər vəd edir.
Proqram Avropanın 17 ölkəsinin 126 akademik və elmi-tədqiqat qrupunu ətrafında birləşdirib. Hazırda alimlər elektron və optik qurğuların istehsalı üzərində çalışır, elektron cihazları daha elastik və yüngül cihazlara modifikasiya edir, yeni tip akkumulyatorlar hazırlayırlar. Mütəxəssislər əmindirlər ki, bu texnologiyaların hamısı elektron kağız, elastik kompüter və daha effektiv təyyarələrin istehsalında tətbiq ediləcək.
Aİ-nin maliyyələşdirdiyi ikinci layihə “The Human Brain Project” adlanır və özündə ümumi məqsədi insanın baş-beyinin iş prinsipini anlamaq olan 12 alt layihəni birləşdirir.
Avropa Komissiyasının mətbuat katibi Natali Vandistadt “Nature” jurnalına müsahibədə bildirib ki, maliyyələşmə bir sıra mənbələrdən, o cümlədən komissiya tərəfindən, həmçinin digər Avropa və milli investorlar tərəfindən həyata keçiriləcək.
Avropa Komissiyasının planına "European Open Science Cloud” platformasının istifadəyə verilməsi də daxildir.
Nizam Nuriyev
Avropa kvant texnologiyalarının maliyyələşdirilməsi üçün 1 milyard avro ayırıb
Avropa Komissiyası kvant texnologiyalarının tədqiqi üzrə layihələrin maliyyələşdirilməsinə bir milyard avro məbləğində vəsait ayrılmasını bəyan edib.“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, 2013-cü ildə Avropa İttifaqı (Aİ) möcüzəvi qrafen materialının və onunla əlaqədar texnologiyaların tədqiqi üzrə yeni onillik proqrama investisiyalar yatırmağa başlayıb.
“The Graphene Flagship” adlanan qlobal proqramın əsas məqsədi qrafen və digər laylı materiallardan sənaye və məhsulların hazırlanması kimi sahələrdə istifadə üçün tətbiqidir.
Bildirilir ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş karbon atomlarının bir qatından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektivlər vəd edir.
Proqram Avropanın 17 ölkəsinin 126 akademik və elmi-tədqiqat qrupunu ətrafında birləşdirib. Hazırda alimlər elektron və optik qurğuların istehsalı üzərində çalışır, elektron cihazları daha elastik və yüngül cihazlara modifikasiya edir, yeni tip akkumulyatorlar hazırlayırlar. Mütəxəssislər əmindirlər ki, bu texnologiyaların hamısı elektron kağız, elastik kompüter və daha effektiv təyyarələrin istehsalında tətbiq ediləcək.
Aİ-nin maliyyələşdirdiyi ikinci layihə “The Human Brain Project” adlanır və özündə ümumi məqsədi insanın baş-beyinin iş prinsipini anlamaq olan 12 alt layihəni birləşdirir.
Avropa Komissiyasının mətbuat katibi Natali Vandistadt “Nature” jurnalına müsahibədə bildirib ki, maliyyələşmə bir sıra mənbələrdən, o cümlədən komissiya tərəfindən, həmçinin digər Avropa və milli investorlar tərəfindən həyata keçiriləcək.
Avropa Komissiyasının planına "European Open Science Cloud” platformasının istifadəyə verilməsi də daxildir.
Nizam Nuriyev
Baxış sayı: 683
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır