Tarix:03/05/16
Olimpiadanın münsiflər heyətinin qərarı ilə Qafqaz Universitetinin “Qafqaz Programmers” komandası 1-ci, Bakı Ali Neft Məktəbinin “BHOS2” komandası 2-ci, eyni xal toplamış Bakı Dövlət Universitetinin “BDU-4”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Suicide Squad” və Azərbaycan Texniki Universitetinin “AzTU1” komandaları 3-cü, Milli Aviasiya Akademiyasının “NAA3” və ADA Universitetinin “ADAU_1” komandaları isə eyni sayda məsələ həll etmələrinə baxmayaraq vaxt fərqi ilə 4-cü yerə layiq görülüb.
Azərbaycanın regionlarını təmsil edən ali təhsil müəssisələrinin komandalarının Olimpiadada iştirakının təşviq edilməsi məqsədilə, Olimpiadada ilk dəfə iştirak etməsinə baxmayaraq final mərhələsinə vəsiqə qazanmış və finalda az fərqlə qaliblər sırasına düşə bilməyən Azərbaycan Dövlət Aqrar Universitetinin “Kəpəz” komandasının nəticələri nəzərə alınaraq, müsabiqədən kənar mükafatlandırılması münsiflər heyəti tərəfindən qərara alınıb.
Qaliblər Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə “HP”, “Azerfon” və “Caspian Telekom” şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və diplomlarla mükafatlandırılacaqlar.
Xatırladaq ki, artıq 10-cu ildir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Olimpiadanın 16 aprel 2016-cı il tarixində Qafqaz Universitetində keçirilmiş ilk mərhələsində respublikanın 22 təhsil müəssisəsindən 55 komanda iştirak etmişdi. 13 ali təhsil müəssisəsindən ən yaxşı nəticə göstərən 13 komanda Olimpiadanın final mərhələsinə vəsiqə qazanmışdı.
“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qalibləri bəlli oldu
17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsinin qalibləri müəyyən olunub.Olimpiadanın münsiflər heyətinin qərarı ilə Qafqaz Universitetinin “Qafqaz Programmers” komandası 1-ci, Bakı Ali Neft Məktəbinin “BHOS2” komandası 2-ci, eyni xal toplamış Bakı Dövlət Universitetinin “BDU-4”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Suicide Squad” və Azərbaycan Texniki Universitetinin “AzTU1” komandaları 3-cü, Milli Aviasiya Akademiyasının “NAA3” və ADA Universitetinin “ADAU_1” komandaları isə eyni sayda məsələ həll etmələrinə baxmayaraq vaxt fərqi ilə 4-cü yerə layiq görülüb.
Azərbaycanın regionlarını təmsil edən ali təhsil müəssisələrinin komandalarının Olimpiadada iştirakının təşviq edilməsi məqsədilə, Olimpiadada ilk dəfə iştirak etməsinə baxmayaraq final mərhələsinə vəsiqə qazanmış və finalda az fərqlə qaliblər sırasına düşə bilməyən Azərbaycan Dövlət Aqrar Universitetinin “Kəpəz” komandasının nəticələri nəzərə alınaraq, müsabiqədən kənar mükafatlandırılması münsiflər heyəti tərəfindən qərara alınıb.
Qaliblər Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə “HP”, “Azerfon” və “Caspian Telekom” şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və diplomlarla mükafatlandırılacaqlar.
Xatırladaq ki, artıq 10-cu ildir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Olimpiadanın 16 aprel 2016-cı il tarixində Qafqaz Universitetində keçirilmiş ilk mərhələsində respublikanın 22 təhsil müəssisəsindən 55 komanda iştirak etmişdi. 13 ali təhsil müəssisəsindən ən yaxşı nəticə göstərən 13 komanda Olimpiadanın final mərhələsinə vəsiqə qazanmışdı.
Baxış sayı: 726
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır