12px13px15px17px
Tarix:11/06/11

“Facebook”un dizaynı dəyişəcək

“Facebook” istedadların “ov”una davam edir. Sosial şəbəkə “Sofa” proqram dizayn firmasını aldığını öz bloqu vasitəsilə elan edib.
Qeyd edək ki, Amsterdam şirkətinin əsası 2006-cı ildə qoyulub. Şirkət “Mac” üçün proqramlar və onlayn-elektron ticarət məhsulları ilə məşhurlaşıb. Onlar, həmçinin digər məşhur şirkətlər (Mozilla, Tom Tom) üçün dizayn fikirləşirlər. İndi dizaynerlər komandası “Facebook” komandasına qoşulacaqlar.
“Facebook”un dizayn üzrə direktoru Keyt Aronovitsin (Kate Aronowitz) sözlərinə görə, əməkdaşlar “Sofa” komandasının işlərinə, onların Mac proqramlar üçün interfeyslərinə və öz müştəriləri üçün yaratdıqları dizayna heyran olublar.
Tanışlıq prosesində “Facebook” dizaynerlər komandası “Sofa”nın korporativ mədəniyyətinin sosial şəbəkə işinin metodlarına çox oxşar olduğuna və onu alma haqqında qərarın düzgünlüyünə daha da əmin olublar.
“Sofa”nın rəsmi bloqunda bildirilib ki, komanda Amsterdamdan Palo Alto-ya (Facebook-un əsas ofisi yerləşir) bir neçə həftə ərzində köçəcək.



Baxış sayı: 1054

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024