Tarix:10/05/16
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklərin məlumatına görə, 2016-cı ilin yanvar-martında masaüstü, noutbuk, hibrid FK qurğular və planşetlərin tədarük həcmi illik hesablama üzrə 13% azalaraq 101 milyon təşkil edib. 2011-ci ilin ikinci rübündən etibarən kompüter texnikasının tədarük həcmi bu qədər aşağı olmayıb.
"2016-cı il qlobal kompüter bazarı üçün heç də yaxşı başlamayıb və indi ən yaxın rüblərdə şirkətlər üçün hər hansı müsbət amil axtarmaq çətindir – “Canalys”in analitiki Tim Koulinq deyib. Planşetlərə yüksək tələbat dövrü arxada qaldı. İstehsalçılar bazara yeni keyfiyyətli məhsullar çıxarmadığı təqdirdə FK tədarükü azalmağa davam edəcək".
“Canalys”in tədqiqatçıları ənənəyə sadiq qalaraq planşetləri nəzərə almaqla kompüter bazarını araşdırırlar. “Apple” planşet istehsalına görə lider olaraq qalır: 2016-cı ilin birinci rübündə 14 milyon “Mac” kompüter və “iPad” satışa çıxarıb ki, bu da ötənilki göstəricidən 17% daha azdır. Yaxın izləyicisi olan “Lenovo” yalnız 25 min FK və planşet az tədarük edib. “HP Inc” şirkəti ilk üçlükdə qərarlaşıb.
Tim Koulinq deyir ki, “Apple” və “Microsoft” öz hibrid qurğularının köməyi ilə inkişaf etmiş bazarlarda kompüterlərə olan tələbatı stimullaşdırırlar, ancaq adı çəkilən elektronikanın baha olması onu aşağı gəlir səviyyəsinə malik ölkələrin sakinləri üçün əlçatmaz edir.
"Başqa istehsalçıların bazara daha ucuz alternativ çıxarmasına baxmayaraq, çətin ki, qısamüddətli perspektivdə tədarük həcminə güclü təsir göstərsin. Özünə birinci kompüter satın almağa hazırlaşan insanların sayı rekord dərəcədə aşağı səviyyədədir. Ehtimal ki, 2016-cı ildə qlobal FK tədarükçüləri arasında böhran güclənəcək" – Koulin fikrini belə yekunlaşdırıb.
Emil Hüseynov
Qlobal FK bazarı 2011-ci ilin səviyyəsinə düşüb
“Canalys” şirkətində işləyən analitiklərin məlumatına əsasən, planşetlərin satış həcminin davamlı azalması səbəbindən qlobal kompüter sənayesi 5 il əvvəlki vəziyyətə qayıdıb.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklərin məlumatına görə, 2016-cı ilin yanvar-martında masaüstü, noutbuk, hibrid FK qurğular və planşetlərin tədarük həcmi illik hesablama üzrə 13% azalaraq 101 milyon təşkil edib. 2011-ci ilin ikinci rübündən etibarən kompüter texnikasının tədarük həcmi bu qədər aşağı olmayıb.
"2016-cı il qlobal kompüter bazarı üçün heç də yaxşı başlamayıb və indi ən yaxın rüblərdə şirkətlər üçün hər hansı müsbət amil axtarmaq çətindir – “Canalys”in analitiki Tim Koulinq deyib. Planşetlərə yüksək tələbat dövrü arxada qaldı. İstehsalçılar bazara yeni keyfiyyətli məhsullar çıxarmadığı təqdirdə FK tədarükü azalmağa davam edəcək".
“Canalys”in tədqiqatçıları ənənəyə sadiq qalaraq planşetləri nəzərə almaqla kompüter bazarını araşdırırlar. “Apple” planşet istehsalına görə lider olaraq qalır: 2016-cı ilin birinci rübündə 14 milyon “Mac” kompüter və “iPad” satışa çıxarıb ki, bu da ötənilki göstəricidən 17% daha azdır. Yaxın izləyicisi olan “Lenovo” yalnız 25 min FK və planşet az tədarük edib. “HP Inc” şirkəti ilk üçlükdə qərarlaşıb.
Tim Koulinq deyir ki, “Apple” və “Microsoft” öz hibrid qurğularının köməyi ilə inkişaf etmiş bazarlarda kompüterlərə olan tələbatı stimullaşdırırlar, ancaq adı çəkilən elektronikanın baha olması onu aşağı gəlir səviyyəsinə malik ölkələrin sakinləri üçün əlçatmaz edir.
"Başqa istehsalçıların bazara daha ucuz alternativ çıxarmasına baxmayaraq, çətin ki, qısamüddətli perspektivdə tədarük həcminə güclü təsir göstərsin. Özünə birinci kompüter satın almağa hazırlaşan insanların sayı rekord dərəcədə aşağı səviyyədədir. Ehtimal ki, 2016-cı ildə qlobal FK tədarükçüləri arasında böhran güclənəcək" – Koulin fikrini belə yekunlaşdırıb.
Emil Hüseynov
Baxış sayı: 670
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır