Tarix:21/09/11
Beləliklə, “Bing” axtarış sisteminin 3 illik işi zamanı ümumi zərər təxminən 5,5 milyard dollar təşkil edib. Onlayn xidmətlər bölməsi həmişə şirkət üçün ən zərərli sahələrdən biri olub.
“Microsoft” korporasiyasında biznes-sahə kimi onlayn xidmətlər bölməsi 2007-ci ildə rəsmi şəkildə istifadəyə verilib və o vaxtdan ümumi zərər, 9 milyard dollar təşkil edib.
"Hətta “Bing” ilə bağlı yaxşı xəbərlər belə yaxşı deyil. “Microsoft” qürurla bildirir ki, “Bing” axtarış sisteminin “Google” ilə müqayisədə bazar payı son 27 ay ərzində hər ay artıb.
Bu belədir, lakin o bunu “Google”-un bazardakı payının azalması hesabına yığmır" – “CNN Money” qeyd edib.
“comScore” analitik şirkətinin məlumatlarına əsasən, hal-hazırda “Microsoft Bing”-in bazar payı təxminən 14,7% təşkil edir; bu göstərici 2009-cu ilin may ayı ilə müqayisədə 8,4% daha çoxdur.
Hal-hazırda “Google”-un internet-axtarış bazarında payı isə 64,8% təşkil edir, bu isə 2009-cu ilin may ayı ilə müqayisədə 0.2% azdır. “Bing” sisteminin bazardakı payının artmasının yarıdan çoxu “Yahoo”, həmçinin “AOL” və “Ask.com” hesabına əldə edilib.
"Biz internet-axtarış işinin keyfiyyətinin yaxşılaşması üzərində fəal işləyirik və artıq müəyyən uğurlara nail olmuşuq, lakin problem ondan ibarətdir ki, istifadəçilərdən heç kəs demir ki, mən indikindən də yaxşı axtarış keyfiyyəti əldə etmək istəyirəm".
Yekunda, insanlar bir axtarış maşınından istifadə edirlər və əgər lazımlı informasiya tapmırlarsa, onlar, sadəcə, məyus olurlar, lakin alternativ həll axtarmırlar”, - “Microsoft Bing”-in direktoru Stefan Veys qeyd edib.
“Microsoft” ziyana düşüb
“CNN Money” layihəsinin hesablamalarına əsasən, “Microsoft” korporasiyası “Bing” internet-axtarış sisteminin işinə görə hər 3 aydan bir təxminən 1 milyard dollar itirir.Beləliklə, “Bing” axtarış sisteminin 3 illik işi zamanı ümumi zərər təxminən 5,5 milyard dollar təşkil edib. Onlayn xidmətlər bölməsi həmişə şirkət üçün ən zərərli sahələrdən biri olub.
“Microsoft” korporasiyasında biznes-sahə kimi onlayn xidmətlər bölməsi 2007-ci ildə rəsmi şəkildə istifadəyə verilib və o vaxtdan ümumi zərər, 9 milyard dollar təşkil edib.
"Hətta “Bing” ilə bağlı yaxşı xəbərlər belə yaxşı deyil. “Microsoft” qürurla bildirir ki, “Bing” axtarış sisteminin “Google” ilə müqayisədə bazar payı son 27 ay ərzində hər ay artıb.
Bu belədir, lakin o bunu “Google”-un bazardakı payının azalması hesabına yığmır" – “CNN Money” qeyd edib.
“comScore” analitik şirkətinin məlumatlarına əsasən, hal-hazırda “Microsoft Bing”-in bazar payı təxminən 14,7% təşkil edir; bu göstərici 2009-cu ilin may ayı ilə müqayisədə 8,4% daha çoxdur.
Hal-hazırda “Google”-un internet-axtarış bazarında payı isə 64,8% təşkil edir, bu isə 2009-cu ilin may ayı ilə müqayisədə 0.2% azdır. “Bing” sisteminin bazardakı payının artmasının yarıdan çoxu “Yahoo”, həmçinin “AOL” və “Ask.com” hesabına əldə edilib.
"Biz internet-axtarış işinin keyfiyyətinin yaxşılaşması üzərində fəal işləyirik və artıq müəyyən uğurlara nail olmuşuq, lakin problem ondan ibarətdir ki, istifadəçilərdən heç kəs demir ki, mən indikindən də yaxşı axtarış keyfiyyəti əldə etmək istəyirəm".
Yekunda, insanlar bir axtarış maşınından istifadə edirlər və əgər lazımlı informasiya tapmırlarsa, onlar, sadəcə, məyus olurlar, lakin alternativ həll axtarmırlar”, - “Microsoft Bing”-in direktoru Stefan Veys qeyd edib.
Baxış sayı: 1017
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır