Tarix:11/05/16
Azərbaycanda yay vaxtına keçidin ləğv edilməsi ilə bağlı "Microsoft" "Windows" əməliyyat sistemini yenilədi
Azərbaycan Nazirlər Kabinetinin 17 Mart 2016-cı il tarixli 131 saylı Qərarına əsasən, cari ilin 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Yay vaxtına keçid ləğv olunması ilə əlaqədar kompüter sistemlərində vaxtla bağlı uyğunsuzluqlar əmələ gəlib.
Bu məsələnin mərkəzləşdirilmiş qaydada "Windows" yeniləmələri vasitəsi ilə həll edilməsi üçün "Microsoft" şirkəti tərəfindən vəd edilmiş müvafiq yeniləmə təqdim edilib. Aşağdakı təlimatdan istifadə etməklə həmin yeniləməni quraşdırmaq, beləliklə də Yay/Qış vaxtına keçidlə bağlı uyğunsuzluğu müvafiq qərara əsasən tamamilə həll etmək mümkündür.
Təlimata əməl etməzdən əvvəl bir sıra tövsiyələr təqdim edilir:
1. Yeniləmələr Microsoft Korporasiyası və yerli mütəxəssislər tərəfindən uğurla sınaqdan keçirilib, işlək vəziyyətdədirlər. Bu və ya istənilən yeniləməni istehsalat mühitində quraşdırmazdan əvvəl hər ehtimala qarşı ehtiyat nüsxələrin (Backup) çıxarıldığına və onların işlək vəziyyətdə olduğuna əmin olun;
2. Yeniləməni əvvəlcə sınaq mühitində quraşdırın, müvafiq sınaqlar aparın, nəticələrdən razı qaldıqdan və dəyişikliklərin təsirini təhlil edib müvafiq əməliyyat risklərini qiymətləndirdikdən sonra istehsalat mühitinə quraşdırmağı planlaşdırın;
3. İstehsalat mühitində istifadəçilərə və işgüzar proseslərə təsiri azaltmaq üçün (to minimize impact) yeniləmələrin quraşdırılmasın qeyri iş saatlarında (non-working hours) həyata keçirin;
4. Rəy və təkliflərinizi (feedback) bizimlə paylaşmaqdan çəkinməyin.
Windows 10 üçün nəzərdə tutulmuş yeniləmə müvafiq toplu yeniləmənin (Cumulative Update) içərisində təqdim olunub. Bu keçiddə daha ətraflı məlumat verilib:
http://windows.microsoft.com/en-us/windows-10/update-history-windows-10
Yeniləməni quraşdırmazdan əvvəl əməliyyat sistemində saat qurşağının vəziyyətini yoxlayın və (UTC +04:00) Baku dayandığına əmin olun. Əgər başqa saat qurşağı dayanıbsa bunu (UTC +04:00) Baku seçiminə dəyişin. Dəyişikliyi START -> SETTINGS -> TIME & LANGUAGE -> DATE & TIME bölməsində edə bilərsiniz.
Yeniləməni quraşdırmaq üçün internetə qoşulu olduğunuza əmin olduqdan sonra START -> SETTINGS -> UPDATE & SECURITY bölməsində yeniləmələri yoxlamaq üçün Check for updates düyməsini basın. Əməliyyat sistemi müvafiq yeniləmələri tapıb sizin kompüterə quraşdırmağa başlayacaq. Əgər tapmazsa, onda Check online for updates from Microsoft Update seçərək, yenidən cəhd etməyinizi tövsiyə edirik. Lazım olan yeniləmə "Cumulative Update for Windows 10 ... (KB3156421)" adlanır:
Yeniləmələrin quraşdırılması internet bağlantınızın sürətindən və kompüterin gücündən asılı olaraq 10-30 dəqiqə vaxt ala bilər.
Yeniləmə bitdikdən sonra dəyişikliklərin qüvvəyə minməsi üçün kompüteri yenidən yükləməlisiniz (Restart).
Yeniləmələrin quraşdırılması və kompüterinizin yenidən yüklənməsi uğurla başa çatdıqdan sonra
START -> SETTINGS -> TIME & LANGUAGE -> DATE & TIME bölməsində yenidən baxsanız Yay/Qış vaxtına
keçidin tamamilə söndürüldüyünü müşahidə edəcəksiniz.
Bunu yoxlamaq üçün növbəti şəkildə göstərildiyi kimi, İdarəetmə panelində (Control Panel) baxa bilərsiniz
2. Microsoft Download Center vasitəsi ilə. Əgər sizin istifadə etdiyiniz əməliyyat sistemi yeniləmələri avtomatik almırsa, aşağıdakıları etmək lazımdır.
Yuxarıda qeyd edilən ümumi tövsiyələrə əməl etmək və müvafiq yeniləməni yükləmək üçün bu keçidə gedin:
https://support.microsoft.com/en-us/kb/3153731
Açılan səhifənin aşağı hissəsində hər bir əməliyyat sisteminin 32-bit və ya 64-bitlik versiyası üçün yeniləməni endirmək üçün keçid (download link) verilmişdir:
Lazım olan yeniləməni endirmək üçün müvafiq linkə gedin. Bu zaman aşağıdakı səhifəni görəcəksiniz. Orada olan məzmunla tanış olub Download düyməsini basmaqla müvafiq yeniləməni birbaşa serverə və ya başqa kompüterə endirə bilərsiniz:
Müvafiq yeniləmə faylı serverə endirildikdən sonra onun işə salmaq və bitməsini gözləmək lazımdır (Əgər yeniləməni başqa kompüterə köçürülübsə, onu müvafiq serverə köçürdüb, serverdə işə salmaq lazımdır). Yeniləmənin quraşdırılması tam avtomatlaşdırılmışdır. Quraşdırma bitdikdən sonra dəyişikliklərin qüvvəyə minməsi üçün serveri yenidən yükləməlisiniz (Restart).

Control Panel -> Clock, Language and Region -> Set the time and date hissəsində yenidən baxsanız Yay/Qış vaxtına keçidin tamamilə söndürüldüyünü müşahidə edəcəksiniz.
Azərbaycanda yay vaxtına keçidin ləğv edilməsi ilə bağlı “Microsoft” “Windows” əməliyyat sistemini yenilədi

Windows Server 2012 R2 və digər əməliyyat sistemləri üçün təlimat
Təlimatlar digər əməliyyat sistemlərində (Windows 8.1, Windows RT 8.1, Windows Server 2012, Windows Embedded 8, Windows Server 2008 R2 Service Pack 1 (SP1) Windows 7 SP1, Windows Server 2008 Service Pack 2 (SP2), Windows Vista SP2, Windows XP Embedded) də yeniləməni eyni qaydada quraşdırmaq mümkündür:
Yeniləməni iki yol ilə quraşdırmaq olar.
1. Windows Update vasitəsi ilə. Əgər sizin istifadə etdiyiniz əməliyyat sistemi yeniləmələri avtomatik alırsa, onda növbəti yeniləmələr quraşdırılan zaman müvafiq yeniləmə sizin
əməliyyat sisteminə Windows Update vasitəsi ilə avtomatik olaraq quraşdırılacaqdır. Bu yolu istifadə edirsinizsə, sizdən heç bir əməliyyat və ya quraşdırma aparmaq tələb olunmur. Sadəcə
əmin olun ki, KB3153731 saylı yeniləmə uğurla quraşdırılıb, saat qurşağı (UTC +04:00) Baku seçilib, saat da vaxtı düz göstərir.

Baxış sayı: 5824
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır