Tarix:19/05/16
Məlum olduğu kimi, Azərbaycan Nazirlər Kabinetinin 17 Mart 2016-cı il tarixli 131 saylı Qərarına əsasən, cari ilin 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçidin ləğv olunması ilə əlaqədar "Apple" şirkətinə məxsus "iOS" mobil əməliyyat sistemi ilə işləyən qurğularda uyğunsuzluqlar əmələ gəlmişdi.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Apple" şirkətinə rəsmi müraciətindən sonra, şirkət əməliyyat sisteminin son yeniləməsində bu uyğunsuzluğu aradan qaldırıb.
Belə ki, "iOS" əməliyyat sistemi ilə işləyən qurğularda Azərbaycan üzrə real vaxt rejiminə keçidin avtomatik təyin olunması üçün mobil əməliyyat sisteminin yekun versiyasını (9.3.2) yükləməzdən əvvəl mobil qurğunuzda "Tarix və vaxt" tənzimlənməsini avtomatik rejimə keçirməlisiniz.
Məlumat üçün bildirək ki, ümumiyyətlə, 1.6 QB tutumunda olan "iOS 9.3.2" yeniləməsi az sayda dəyişiklikdən ibarətdir. Bura aşkarlanmış səhvlərin aradan qaldırılması, "iPhone", "iPad", "iPod touch" qurğularının sabit işləməsinin təmini və təhlükəsizliyin gücləndirilməsi daxildir. Şirkət "iPhone SE" qurğusu ilə birləşdirilən "Bluetooth" aksessuarların bəzisində səsin keyfiyyətində nasazlıqla bağlı səhvi aradan qaldırıb.
"iPhone", "iPad", həmçinin "iPod touch" qurğularının sahibləri "iOS 9.3.2" yeniləməsini yükləyə və quraşdıra bilərlər. Bu qurğuların istifadəçiləri "Ayarlar" (Настройки) –>"Əsas" (Основные) –> "ƏS yeniləmə" (Обновление ПО)–> menyusuna daxil olaraq yeniləməni yükləyə bilərlər.
“Apple” şirkəti “iOS” əməliyyat sisteminin yeni versiyasında Azərbaycanda yay vaxtına keçidin ləğv olunmasını nəzərə aldı
"Apple" şirkəti "iOS" mobil əməliyyat sisteminin yekun versiyasını (9.3.2) nəzərdə tutulmuş müddətdən əvvəl yeniləyib. Yeniləmə paketi səhvlərin düzəlişi və şirkətə məxsus mobil qurğuların işinin təkmilləşdirilməsi üçün nəzərdə tutulub.Məlum olduğu kimi, Azərbaycan Nazirlər Kabinetinin 17 Mart 2016-cı il tarixli 131 saylı Qərarına əsasən, cari ilin 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçidin ləğv olunması ilə əlaqədar "Apple" şirkətinə məxsus "iOS" mobil əməliyyat sistemi ilə işləyən qurğularda uyğunsuzluqlar əmələ gəlmişdi.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Apple" şirkətinə rəsmi müraciətindən sonra, şirkət əməliyyat sisteminin son yeniləməsində bu uyğunsuzluğu aradan qaldırıb.
Belə ki, "iOS" əməliyyat sistemi ilə işləyən qurğularda Azərbaycan üzrə real vaxt rejiminə keçidin avtomatik təyin olunması üçün mobil əməliyyat sisteminin yekun versiyasını (9.3.2) yükləməzdən əvvəl mobil qurğunuzda "Tarix və vaxt" tənzimlənməsini avtomatik rejimə keçirməlisiniz.
Məlumat üçün bildirək ki, ümumiyyətlə, 1.6 QB tutumunda olan "iOS 9.3.2" yeniləməsi az sayda dəyişiklikdən ibarətdir. Bura aşkarlanmış səhvlərin aradan qaldırılması, "iPhone", "iPad", "iPod touch" qurğularının sabit işləməsinin təmini və təhlükəsizliyin gücləndirilməsi daxildir. Şirkət "iPhone SE" qurğusu ilə birləşdirilən "Bluetooth" aksessuarların bəzisində səsin keyfiyyətində nasazlıqla bağlı səhvi aradan qaldırıb.
"iPhone", "iPad", həmçinin "iPod touch" qurğularının sahibləri "iOS 9.3.2" yeniləməsini yükləyə və quraşdıra bilərlər. Bu qurğuların istifadəçiləri "Ayarlar" (Настройки) –>"Əsas" (Основные) –> "ƏS yeniləmə" (Обновление ПО)–> menyusuna daxil olaraq yeniləməni yükləyə bilərlər.
Baxış sayı: 923
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı