Tarix:20/05/16
Müsabiqəyə ÜPİ, "Azərpoçt" MMC və Təhsil Nazirliyi üzrə hər biri 1 mövzu olmaqla 3 mövzu - "Özündən "45 yaşındakı özünə" məktub yaz (15 yaşa qədər olan məktəblilər)", "Ana dili (B.Vahabzadə)" və "Ən çox sevdiyim ədəbi qəhrəmanlar" təklif edilib.
Sayca 45-ci olan beynəlxalq epistolyar müsabiqənin respublika mərhələsi yekunlaşaraq nəticələri açıqlanıb.
Nəticələrə əsasən, müsabiqədə 35600 ədəd inşa yazısı iştirak edib, 30 nəfər qalib müəyyənləşib. I yerə layiq görülmüş 3 qalibin hər birinə 150 manat, II yerə layiq görülmüş 6 qalibin, eləcə də III yerə layiq görülmüş 9 qalibin hər birinə 100 manat, həvəsləndirici - IV yerə layiq görülmüş 12 qalibin hər birinə isə 50 manat məbləğində pul mükafatı təqdim olunub, bütün qaliblər fəxri fərmanla təltif edilib.
Beləliklə, birinci yerə Bakı şəhəri, Nərimanov rayonu, Məktəb Lisey kompleksinin X "ç" sinif şagirdi Mehdiyeva Gülər, Bakı şəhəri, Səbail rayonu, 236 №-li tam orta məktəbin X "ç" sinif şagirdi Şükürov Şirin, Qazax rayonu, Daş Salahlı kənd 2 №-li tam orta məktəbin X sinif şagirdi Qurbanova Ayşən layiq görülüblər.
Müsabiqədə paytaxt məktəbliləri ilə yanaşı, ölkənin ayrı-ayrı regionlarından olan şagirdlər də fəallıq göstərərək müsbət nəticələrə nail olublar.
Ümumdünya Poçt İttifaqının təqdim etdiyi mövzu üzrə qalib elan edilmiş inşa ingilis dilinə tərcümə olunaraq Azərbaycan Respublikası adından ÜPİ-yə göndərilib.
Ümumdünya Poçt İttifaqının dəstəyi ilə məktəblilər arasında keçirilən epistolyar inşa müsabiqəsinin respublika üzrə qalibləri müəyyənləşib
Ümumdünya Poçt İttifaqının (ÜPİ) dəstəyi ilə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti Təhsil Nazirliyi ilə birlikdə bu il də respublika məktəbliləri arasında inşa müsabiqəsi keçirib.Müsabiqəyə ÜPİ, "Azərpoçt" MMC və Təhsil Nazirliyi üzrə hər biri 1 mövzu olmaqla 3 mövzu - "Özündən "45 yaşındakı özünə" məktub yaz (15 yaşa qədər olan məktəblilər)", "Ana dili (B.Vahabzadə)" və "Ən çox sevdiyim ədəbi qəhrəmanlar" təklif edilib.
Sayca 45-ci olan beynəlxalq epistolyar müsabiqənin respublika mərhələsi yekunlaşaraq nəticələri açıqlanıb.
Nəticələrə əsasən, müsabiqədə 35600 ədəd inşa yazısı iştirak edib, 30 nəfər qalib müəyyənləşib. I yerə layiq görülmüş 3 qalibin hər birinə 150 manat, II yerə layiq görülmüş 6 qalibin, eləcə də III yerə layiq görülmüş 9 qalibin hər birinə 100 manat, həvəsləndirici - IV yerə layiq görülmüş 12 qalibin hər birinə isə 50 manat məbləğində pul mükafatı təqdim olunub, bütün qaliblər fəxri fərmanla təltif edilib.
Beləliklə, birinci yerə Bakı şəhəri, Nərimanov rayonu, Məktəb Lisey kompleksinin X "ç" sinif şagirdi Mehdiyeva Gülər, Bakı şəhəri, Səbail rayonu, 236 №-li tam orta məktəbin X "ç" sinif şagirdi Şükürov Şirin, Qazax rayonu, Daş Salahlı kənd 2 №-li tam orta məktəbin X sinif şagirdi Qurbanova Ayşən layiq görülüblər.
Müsabiqədə paytaxt məktəbliləri ilə yanaşı, ölkənin ayrı-ayrı regionlarından olan şagirdlər də fəallıq göstərərək müsbət nəticələrə nail olublar.
Ümumdünya Poçt İttifaqının təqdim etdiyi mövzu üzrə qalib elan edilmiş inşa ingilis dilinə tərcümə olunaraq Azərbaycan Respublikası adından ÜPİ-yə göndərilib.
Baxış sayı: 927
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı