Tarix:20/05/16
"NETTY 2016" nominantlarını müəyyən etmək məqsədilə Ekspert Şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi həyata keçirilib.
8 may tarixində Ekspert şurasının (Şura hər nominasiya üzrə üç nominant seçir) və Virtual münsiflər heyətinin (münsiflər heyəti iştirakçıların ümumi sayından "Şəbəkənin seçimi" nominasiyasında üç nominant seçir) seçiminə əsaslanaraq, NETTY Akademiyasının səsverməsi olub.
Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edib.
Müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilib.
Bu gün "Hyatt Regency" mehmanxanasında "NETTY-2016" Azərbaycan Milli İnternet Mükafatının təntənəli təqdimat mərasimi keçirilib.
Mərasimdə ölkənin iri İT şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər.
Tədbirdə iştirak edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, artıq 10 ildən artıq bir müddətdir ki, "NETTY Azərbaycan" Milli İnternet Müsabiqəsi uğurla keçirilir və bu müsabiqə internet resurslarının inkişafı üçün stimullaşdırıcı amillərdən biridir. Müsabiqədə qalib gələn nominantları təbrik edən nazir müavini onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra cari ilin ən uğurlu milli veb saytlarının və layihələrin adları açıqlanıb:
• Dövlət saytı - http://www.metro.gov.az
• Azərbaycan - http://www.shahdag.az
• Elm və təhsil - http://www.musigi-dunya.az
• Mədəniyyət və incəsənət -http://www.mugamcompetition.az
• Cəmiyyət - http://www.asanyouth.az
• İnformasiya və xəbərlər - http://www.avtostop.tv
• Servis sayt - http://www.events.az
• Korporativ sayt - http://www.pashatravel.az
• Elektron Kommersiya sahəsində ən yaxşı sayt - http://www.arshinmalalan.az
• Əyləncə - http://www.igo.az
• İdman - http://www.bakucitycircuit.com
• Şəxsi sayt - http://www.tutudiet.com
•Şəbəkənin seçimi -http://www.dns.az
"İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi" fəxri mükafat; üzrə "GoldenPay" şirkətinin qurucusu və idarə heyətinin sədri Fərid İsmayılzadə qalib elan olunub.
Dövlət Gömrük Komitəsinin "Malların və nəqliyyat vastələrinin gömrük rəsmiləşdirilməsi üzrə e-gömrük bəyannaməsinin qəbulu sistemi"nin tətbiq edilməsi "İlin İT hadisəsi" kimi müəyyən edilib.
Məlumat üçün bildirək ki, "NETTY Azərbaycan" Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. "NETTY" - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır.
"NETTY 2016" Azərbaycan Milli İnternet Mükafatının qalibləri bəlli oldu
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstək verdiyi "NETTY 2016" Azərbaycan Milli İnternet Mükafatının qalibləri elan olunub."NETTY 2016" nominantlarını müəyyən etmək məqsədilə Ekspert Şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi həyata keçirilib.
8 may tarixində Ekspert şurasının (Şura hər nominasiya üzrə üç nominant seçir) və Virtual münsiflər heyətinin (münsiflər heyəti iştirakçıların ümumi sayından "Şəbəkənin seçimi" nominasiyasında üç nominant seçir) seçiminə əsaslanaraq, NETTY Akademiyasının səsverməsi olub.
Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edib.
Müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilib.
Bu gün "Hyatt Regency" mehmanxanasında "NETTY-2016" Azərbaycan Milli İnternet Mükafatının təntənəli təqdimat mərasimi keçirilib.
Mərasimdə ölkənin iri İT şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər.
Tədbirdə iştirak edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, artıq 10 ildən artıq bir müddətdir ki, "NETTY Azərbaycan" Milli İnternet Müsabiqəsi uğurla keçirilir və bu müsabiqə internet resurslarının inkişafı üçün stimullaşdırıcı amillərdən biridir. Müsabiqədə qalib gələn nominantları təbrik edən nazir müavini onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra cari ilin ən uğurlu milli veb saytlarının və layihələrin adları açıqlanıb:
• Dövlət saytı - http://www.metro.gov.az
• Azərbaycan - http://www.shahdag.az
• Elm və təhsil - http://www.musigi-dunya.az
• Mədəniyyət və incəsənət -http://www.mugamcompetition.az
• Cəmiyyət - http://www.asanyouth.az
• İnformasiya və xəbərlər - http://www.avtostop.tv
• Servis sayt - http://www.events.az
• Korporativ sayt - http://www.pashatravel.az
• Elektron Kommersiya sahəsində ən yaxşı sayt - http://www.arshinmalalan.az
• Əyləncə - http://www.igo.az
• İdman - http://www.bakucitycircuit.com
• Şəxsi sayt - http://www.tutudiet.com
•Şəbəkənin seçimi -http://www.dns.az
"İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi" fəxri mükafat; üzrə "GoldenPay" şirkətinin qurucusu və idarə heyətinin sədri Fərid İsmayılzadə qalib elan olunub.
Dövlət Gömrük Komitəsinin "Malların və nəqliyyat vastələrinin gömrük rəsmiləşdirilməsi üzrə e-gömrük bəyannaməsinin qəbulu sistemi"nin tətbiq edilməsi "İlin İT hadisəsi" kimi müəyyən edilib.
Məlumat üçün bildirək ki, "NETTY Azərbaycan" Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. "NETTY" - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır.
Baxış sayı: 1207
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı