Azərbaycanın “Elektron hökumət” modeli Rusiyada təqdim edildi
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Rusiyanın "Svyaz-2016" beynəlxalq informasiya və telekommunikasiya texnologiyaları sərgisində iştirak edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərgidə ayrıca pavilyonla təmsil olunub. İştirakçıların marağına səbəb olan stenddə sektor üzrə əldə olunan nailiyyətlər , eləcə də "Elektron hökumət" modeli nümayiş olunub.
50 000 ziyarətçinin və mütəxəssisin qatıldığı sərginin 4 günlük iş günü ərzində ölkəmizin yüksək texnologiyalar sahəsi üzrə təqdim etdiyi xidmətlər sərgi iştirakçıları ilə bərabər, Rusiya, Çin kimi ölkələrin şirkətlərinin diqqətini cəlb edib və həmin ölkələrlə əməkdaşlıq əlaqələri müzakirə edilib.
Sərgi ənənəvi olaraq dünyanın qabaqcıl şirkətlərini və mütəxəssislərini bir araya toplayıb.
Avropada ən böyük və ən nüfuzlu tədbir hesab olunan "Svyaz" sərgisi (bu ilədək "Svyaz Ekspokomm" adlanıb) 40 illik inkşaf dövründə telekommunikasiya sənayesinin nailiyyətləri, informasiya texnologiyaları, idarəetmə sistemləri və rabitə xidmətlərinin nümayişi üçün platform rolunu oynayıb.
Yeni avadanlıq, texnologiya və ya xidmət təqdim etmək, yeni biznes əlaqələri üçün münbit məkan olan bu sərgidə, müasir həyatın müxtəlif sahələrində innovativ texnologiyaların tətbiq imkanları ilə yanaşı, milli və informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli olan proqram təminatlarının yaradılmasına dair görülən işlərin nəticələri barədə yekun hesabatlar təqdim edilib.
Baxış sayı: 973
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı