Tarix:01/06/16
Üç mərhələdən ibarət olan GBTM proqramı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 28 dekabr 2004-cü il tarixli III Məclisinin qərarına əsasən müəssisə və təşkilatlarda çalışan Həmkarlar İttifaqı fəalları üçün qəbul olunub. Artıq birinci və ikinci mərhələlər həyata keçirilib.
“Vətəndaş cəmiyyətində qadınların rolu, lider qadın obrazının formalaşması” mövzusunda seminar ikinci mərhələnin sonunda proqram iştirakçıları üçün təşkil olunub, onlar sertifikatlarla təltif ediliblər.
Seminarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucov və rabitə müəssisələrinin Həmkarlar İttifaqı fəalları iştirak ediblər.
Qeyd edək ki, GBTM proqramının məqsədi müəssisə və təşkilatlarda çalışan əməkçiləri aktiv Həmkarlar İttifaqı fəaliyyətinə cəlb etmək, onların gender biliklərini artırmaq, qadınlar arasında liderlik keyfiyyətlərini gücləndirmək, Həmkarlar İttifaqı təlimatçılarının mobil qrupunu hazırlamaq və Həmkarlar İttifaqına üzvlüyün motivasiyasını yüksəltməkdir.
Rabitə müəssisələrinin Həmkarlar İttifaqı fəalları vətəndaş cəmiyyətində qadınların rolu ilə bağlı seminarda iştirak edib
“Gender bilikləri və texnologiyaları məktəbi” (GBTM) adlı kompleks proqram çərçivəsində “Vətəndaş cəmiyyətində qadınların rolu, lider qadın obrazının formalaşması” mövzusunda seminar keçirilib.Üç mərhələdən ibarət olan GBTM proqramı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 28 dekabr 2004-cü il tarixli III Məclisinin qərarına əsasən müəssisə və təşkilatlarda çalışan Həmkarlar İttifaqı fəalları üçün qəbul olunub. Artıq birinci və ikinci mərhələlər həyata keçirilib.
“Vətəndaş cəmiyyətində qadınların rolu, lider qadın obrazının formalaşması” mövzusunda seminar ikinci mərhələnin sonunda proqram iştirakçıları üçün təşkil olunub, onlar sertifikatlarla təltif ediliblər.
Seminarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucov və rabitə müəssisələrinin Həmkarlar İttifaqı fəalları iştirak ediblər.
Qeyd edək ki, GBTM proqramının məqsədi müəssisə və təşkilatlarda çalışan əməkçiləri aktiv Həmkarlar İttifaqı fəaliyyətinə cəlb etmək, onların gender biliklərini artırmaq, qadınlar arasında liderlik keyfiyyətlərini gücləndirmək, Həmkarlar İttifaqı təlimatçılarının mobil qrupunu hazırlamaq və Həmkarlar İttifaqına üzvlüyün motivasiyasını yüksəltməkdir.
Baxış sayı: 802
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı