Tarix:02/06/16
Dəyişikliklər barədə qərarı Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq Milli Məclis verib.
Dəyişikliklərə əsasən, “Telekommunikasiya haqqında” Qanuna 33.1.3-1, 34.1.2-1 və 40.3.7-1-ci maddələr əlavə edilib.
33.1.3-1-ci maddədə “abunəçinin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək” vəzifəsi öz əksini tapıb.
34.1.2-1-ci maddədə “uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün tədbirlər görülməsini tələb etmək” yer alıb.
40.3.7-1-ci maddədə isə bu Qanunun abunəçinin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək vəzifəsinin həyata keçirilməsi üçün abunəçinin razılığının (etirazı) gərəkdiyi göstərilir.
Qanundakı dəyişikliklər bundan sonra ölkəmizdə uşaqların internet təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına rəvac verəcək. Bu dəyişikliklər telekommunikasiya operatorları və internet servis provayderlərini uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması sahəsində daha məsuliyyətli olmağa çağırır.
Eyni zamanda Prezident İlham Əliyev “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunun tətbiqi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti (NK) Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Həmçinin Sərəncamla Nazirlər Kabinetinə normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək də NK-nın görməli olduğu işlər sırasındadır.
Bunlarla yanaşı, NK həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
“Telekommunikasiya haqqında” Qanuna dəyişikliklər edildi
Azərbaycan Prezidenti İlham Əliyev “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunu təsdiq edib.Dəyişikliklər barədə qərarı Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq Milli Məclis verib.
Dəyişikliklərə əsasən, “Telekommunikasiya haqqında” Qanuna 33.1.3-1, 34.1.2-1 və 40.3.7-1-ci maddələr əlavə edilib.
33.1.3-1-ci maddədə “abunəçinin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək” vəzifəsi öz əksini tapıb.
34.1.2-1-ci maddədə “uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün tədbirlər görülməsini tələb etmək” yer alıb.
40.3.7-1-ci maddədə isə bu Qanunun abunəçinin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək vəzifəsinin həyata keçirilməsi üçün abunəçinin razılığının (etirazı) gərəkdiyi göstərilir.
Qanundakı dəyişikliklər bundan sonra ölkəmizdə uşaqların internet təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına rəvac verəcək. Bu dəyişikliklər telekommunikasiya operatorları və internet servis provayderlərini uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması sahəsində daha məsuliyyətli olmağa çağırır.
Eyni zamanda Prezident İlham Əliyev “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunun tətbiqi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti (NK) Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Həmçinin Sərəncamla Nazirlər Kabinetinə normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək də NK-nın görməli olduğu işlər sırasındadır.
Bunlarla yanaşı, NK həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Baxış sayı: 1645
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı