Tarix:03/06/16
"ICTnews" Elektron Xəbər Xidməti "Payspacemagazine" resursuna istinadən yazır ki, analitiklərin məlumatına görə, daha çox artım tempi 2021-ci ildə qoşulan qurğuların sayının 2015-ci ildəki 400 milyondan 1,5 milyardadək artacağı mobil rabitə şəbəkələrində "Əşyalar interneti" seqmentində (Cellular Internet of Things) proqnozlaşdırılır.
Bildirilir ki, Qərbi Avropa ölkələri daha fəal artım nümayiş etdirəcək. Burada 2021-ci ilədək qoşulan qurğuların sayının 400 faizədək artacağı ehtimal edilir. Bu ölkələrdə artımın əsas hərəkətverici qüvvəsi "ağıllı" enerji şəbəkələrinə aid tənzimləyici tələblər, eləcə də qoşulmuş avtomobillər seqmentinin artımı olacaq. Bu istiqamətdə 2018-ci ildən bütün avtomobillərin təchiz ediləcəyi Avropa "eCall" fövqəladə zənglər sisteminin inkişafı əsas rollardan birini oynayacaq.
Şərqi Avropada qoşulan qurğuların sayı nisbətən zəif artacaq: regionda 2021-ci ilədək "IoT" qurğuların sayının 4 milyona çatacağı proqnozlaşdırılır.
Hesabatda yer alan digər nəticələrə daxildir:
Qeyd edək ki, 1876-cı ildə yaradılan "Ericsson" şirkətinin mənzil-qərargahı İsveçin paytaxtı Stokholmda yerləşir. 2015-ci ildə şirkətin satış həcmi 29,4 milyard dollar təşkil edib. "Ericsson"un səhmləri Stokholmda "NASDAQ OMX" və Nyu-Yorkda "NASDAQ" birjalarında hərraca çıxarılır.
Nizam Nuriyev
2021-ci ilədək dünyada mobil rabitə şəbəkələrinə qoşulmaların sayı 9 milyarda çatacaq
"Ericsson" şirkəti illik "Mobility Report" hesabatını dərc edərək "Əşyalar interneti" seqmentinin (IoT) digər qoşulan qurğulardan daha sürətlə artacağını açıqlayıb. 2015-2021-ci illərdə "IoT" qoşulmaların illik artımının 23 faiz təşkil edəcəyi gözlənilir. Proqnozlaşdırılan dövrün sonunadək qoşulan 28 milyard qurğunun 16 milyardı "IoT" qurğuların payına düşəcək."ICTnews" Elektron Xəbər Xidməti "Payspacemagazine" resursuna istinadən yazır ki, analitiklərin məlumatına görə, daha çox artım tempi 2021-ci ildə qoşulan qurğuların sayının 2015-ci ildəki 400 milyondan 1,5 milyardadək artacağı mobil rabitə şəbəkələrində "Əşyalar interneti" seqmentində (Cellular Internet of Things) proqnozlaşdırılır.
Bildirilir ki, Qərbi Avropa ölkələri daha fəal artım nümayiş etdirəcək. Burada 2021-ci ilədək qoşulan qurğuların sayının 400 faizədək artacağı ehtimal edilir. Bu ölkələrdə artımın əsas hərəkətverici qüvvəsi "ağıllı" enerji şəbəkələrinə aid tənzimləyici tələblər, eləcə də qoşulmuş avtomobillər seqmentinin artımı olacaq. Bu istiqamətdə 2018-ci ildən bütün avtomobillərin təchiz ediləcəyi Avropa "eCall" fövqəladə zənglər sisteminin inkişafı əsas rollardan birini oynayacaq.
Şərqi Avropada qoşulan qurğuların sayı nisbətən zəif artacaq: regionda 2021-ci ilədək "IoT" qurğuların sayının 4 milyona çatacağı proqnozlaşdırılır.
Hesabatda yer alan digər nəticələrə daxildir:
- 2021-ci ilədək dünyada mobil rabitə şəbəkələrinə qoşulmaların sayı 9 milyarda çatacaq (bu göstərici cari ilin birinci rübündə 7,4 milyard təşkil edib ki, bu da bir il əvvəldən 3 faiz çoxdur).
- Qoşulan smartfonların sayı 2021-ci ilədək iki dəfə artacaq.
- Mobil internet bir sıra seqmentlərdə stasionar interneti tamamlayacaq və digər seqmentlərdə lider texnologiya olacaq. 2021-ci ilədək sürətli internet şəbəkələrinə qoşulmaların sayı 7,7 milyard təşkil edəcək.
- 2015-2021-ci illərdə məlumatların yüklənilməsində smartfonlar trafiki 12 dəfə çoxalacaq. 2021-ci ilin sonunadək smartfonların mobil trafikdə payı 90 faizə yaxın olacaq.
- Trafik artımının əsas hərəkətverici qüvvəsi video olacaq. Mobil şəbəkələrdə video trafiki təxminən 55 faiz artacaq və 2021-ci ildə onun mobil trafikdə payı 2/3-yə bərabər olacaq.
- Yeniyetmələr artımda əsas rol oynayacaq.
Qeyd edək ki, 1876-cı ildə yaradılan "Ericsson" şirkətinin mənzil-qərargahı İsveçin paytaxtı Stokholmda yerləşir. 2015-ci ildə şirkətin satış həcmi 29,4 milyard dollar təşkil edib. "Ericsson"un səhmləri Stokholmda "NASDAQ OMX" və Nyu-Yorkda "NASDAQ" birjalarında hərraca çıxarılır.
Nizam Nuriyev
Baxış sayı: 1004
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib