12px13px15px17px
Tarix:04/06/16

Lütfi Zadə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlıq edib

Dünya şöhrətli azərbaycanlı alim, ABŞ-ın (Kaliforniya ştatı) Berkli Universitetinin professoru, Soft Computing İnstitutunun direktoru Lütfi Zadə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) məktub ünvanlayıb.

Məktubda 22-25 may 2016-cı il tarixlərində Kaliforniyada keçirilən və dünyanın müxtəlif ölkələrinin alimlərini bir araya gətirən "WCONSC 2016 : World Conference on Soft Computing" adlı beynəlxalq konfransa verdiyi dəstəyə görə RYTN rəhbərliyinə dərin minnətdarlıq ifadə olunur.

Lütfi Zadə qeyd edib ki, kommunikasiya və yüksək texnologiyalar müasir cəmiyyətimizin mühüm hissəsini təşkil edir və bu texnologiyalarla ayaqlaşmaq Azərbaycan üçün olduqca vacibdir:

"Bilirəm ki, bu sahəni yüksək prioritet təyin etməklə, siz Azərbaycanı regionda rabitə və yüksək texnologiyalar sahəsində təhsil və elmi tədqiqatlar fəaliyyəti üçün mərkəzə çevirəcəksiniz. Konfransa verdiyiniz dəstəyə görə bir daha təşəkkürümü bildirirəm".

Alim, eyni zamanda "Soft computing" Dünya konfransına əvvəlki illərdə olduğu kimi, gələcəkdə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstək veriləcəyinə ümidvar olduğunu vurğulayıb. 2011-ci ildən keçirilən konfrans Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən maliyyələşdirilmişdir.

Qeyd edək ki, "World Conference on Soft Computing"  beynəlxalq konfransı süni intellekt sahəsində banisi Lütfi Zadə olan qeyri-səlis məntiq nəzəriyyəsi üzrə elmi tədqiqatlara həsr olunur.

Konfransın mövzularına qeyri-səlis çoxluqlar, qeyri-səlis riyaziyyat, qeyri-səlis məntiq, qeyri-səlis ədədlər, qeyri-səlis sistemlərin neyro-qeyri-səlis modeli, qeyri-səlis nəzəriyyənin sənaye tətbiqləri, qeyri-səlis öyrənmə, hüquq-məhkəmədə qeyri-səlis məntiq, qeyri-səlis reqressiya, yumşaq hesablamalar nəzəriyyəsi və s. daxildir.





Baxış sayı: 1239

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024