Tarix:07/06/16
"Gözəl Zəkalar", "Gözəl Mədəniyyət", "Gözəl Xalq" və "Gözəl Təbiət" kimi dörd hissədən ibarət olan uzunmüddətli layihə il ərzində həyata keçiriləcək.
Layihənin "Gözəl Təbiət" hissəsində fotomüsabiqə elan olunacaq.
"Gözəl Mədəniyyət" istiqaməti üzrə Azərbaycanın mədəni irsini nümayiş etdirmək məqsədilə Bakı və bölgələrdə tədbirlərin keçirilməsi planlaşdırılır.
"Gözəl Xalq" layihəsi çərçivəsində Azərbaycan xalqının məişəti, həyat tərzi nümayiş olunacaq.
Nəhayət, "Gözəl Zəkalar" istiqamətində isə Azərbaycan gənclərinin savadı, potensialı və istedadı üzə çıxarılacaq.
Qeyd edək ki, "Gözəl Azərbaycan" "Huawei" şirkətinin Azərbaycanda həyata keçirdiyi ən böyük sosial layihələrindən biri olacaq.
"Huawei Azərbaycan"ın baş icraçı direktoru Cao Zejun bildirib ki, 15 ildən artıq bir müddətdə ölkədə təcrübə toplamış bir şirkət kimi, "Huawei", bu gözəl ölkəni və xalqı tanıtmaq üçün belə böyük layihəyə başlamağı qərara alıb.
"Bu sadəcə bir başlanğıcdır, inanırıq ki, layihə uğurlu olacaq və biz gələcəkdə Azərbaycanda bir çox birgə təşəbbüslər həyata keçirə biləcəyik"- deyə o qeyd edib.
Tədbirdə çıxış edən Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov Azərbaycanda telekommunikasiya şəbəkəsinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb: "İnkişaf nəticəsində artıq yalnız paytaxt ərazisi deyil, bölgələr də yüksək sürətli internet şəbəkəsi ilə təmin olunub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təkcə bu sahə ilə kifayətlənmir, həmçinin bir çox layihələrin həyata keçirilməsinə dəstək olur.
"Gözəl Azərbaycan" layihəsi buna misaldır. Nazirlik tərəfindən layihənin icrası üçün lazımi şərait yaradılıb. Qeyd edim ki, "Huawei" şirkəti daim qurumun keçirdiyi bütün tenderlərdə iştirak edir. Sözügedən layihə də şirkətlə Nazirlik arasında qarşılıqlı əlaqənin göstəricisidir. Ümid edirəm ki, "Gözəl Azərbaycan" sürətlə inkişaf edən ölkəmizin gözəlliyinin incəliklərini və elementlərini üzə çıxaracaq"- deyə nazir müavini qeyd edib.
"Bakcell" şirkətinin baş icraçı direktoru Nikolay Bekers qeyd edib ki, layihə həm iki ölkə arasındakı hərtərəfli əlaqələrin daha da genişlənməsinə, həm də Azərbaycanın beynəlxalq səviyyədə təmsil olunmasına şərait yaradacaq:
"Layihənin təşkilatçısı olaraq, məqsədimiz Azərbaycanı sosial şəbəkələr və informasiya resursları vasitəsilə daha geniş tanıtmaq, dünyanın hər yerindən insanları bu ölkəyə cəlb etməkdir".
Sonda layihənin təqdimatı keçirilib.
Nazir müavini: ““Gözəl Azərbaycan” sürətlə inkişaf edən ölkəmizin gözəlliyinin incəliklərini və elementlərini üzə çıxaracaq”
"Huawei" və "Bakcell" şirkətləriinin birgə təşkil etdiyi "Gözəl Azərbaycan" layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri və tərəfdaş şirkətlərin əməkdaşları iştirak edib."Gözəl Zəkalar", "Gözəl Mədəniyyət", "Gözəl Xalq" və "Gözəl Təbiət" kimi dörd hissədən ibarət olan uzunmüddətli layihə il ərzində həyata keçiriləcək.
Layihənin "Gözəl Təbiət" hissəsində fotomüsabiqə elan olunacaq.
"Gözəl Mədəniyyət" istiqaməti üzrə Azərbaycanın mədəni irsini nümayiş etdirmək məqsədilə Bakı və bölgələrdə tədbirlərin keçirilməsi planlaşdırılır.
"Gözəl Xalq" layihəsi çərçivəsində Azərbaycan xalqının məişəti, həyat tərzi nümayiş olunacaq.
Nəhayət, "Gözəl Zəkalar" istiqamətində isə Azərbaycan gənclərinin savadı, potensialı və istedadı üzə çıxarılacaq.
Qeyd edək ki, "Gözəl Azərbaycan" "Huawei" şirkətinin Azərbaycanda həyata keçirdiyi ən böyük sosial layihələrindən biri olacaq.
"Huawei Azərbaycan"ın baş icraçı direktoru Cao Zejun bildirib ki, 15 ildən artıq bir müddətdə ölkədə təcrübə toplamış bir şirkət kimi, "Huawei", bu gözəl ölkəni və xalqı tanıtmaq üçün belə böyük layihəyə başlamağı qərara alıb.
"Bu sadəcə bir başlanğıcdır, inanırıq ki, layihə uğurlu olacaq və biz gələcəkdə Azərbaycanda bir çox birgə təşəbbüslər həyata keçirə biləcəyik"- deyə o qeyd edib.
Tədbirdə çıxış edən Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov Azərbaycanda telekommunikasiya şəbəkəsinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb: "İnkişaf nəticəsində artıq yalnız paytaxt ərazisi deyil, bölgələr də yüksək sürətli internet şəbəkəsi ilə təmin olunub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təkcə bu sahə ilə kifayətlənmir, həmçinin bir çox layihələrin həyata keçirilməsinə dəstək olur.
"Gözəl Azərbaycan" layihəsi buna misaldır. Nazirlik tərəfindən layihənin icrası üçün lazımi şərait yaradılıb. Qeyd edim ki, "Huawei" şirkəti daim qurumun keçirdiyi bütün tenderlərdə iştirak edir. Sözügedən layihə də şirkətlə Nazirlik arasında qarşılıqlı əlaqənin göstəricisidir. Ümid edirəm ki, "Gözəl Azərbaycan" sürətlə inkişaf edən ölkəmizin gözəlliyinin incəliklərini və elementlərini üzə çıxaracaq"- deyə nazir müavini qeyd edib.
"Bakcell" şirkətinin baş icraçı direktoru Nikolay Bekers qeyd edib ki, layihə həm iki ölkə arasındakı hərtərəfli əlaqələrin daha da genişlənməsinə, həm də Azərbaycanın beynəlxalq səviyyədə təmsil olunmasına şərait yaradacaq:
"Layihənin təşkilatçısı olaraq, məqsədimiz Azərbaycanı sosial şəbəkələr və informasiya resursları vasitəsilə daha geniş tanıtmaq, dünyanın hər yerindən insanları bu ölkəyə cəlb etməkdir".
Sonda layihənin təqdimatı keçirilib.
Baxış sayı: 1556
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı