Tarix:09/06/16
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, "Alphabet”in icraçı direktoru Erik Şmidt səhmdarların illik iclasında yeni texnologiyanın bəzi xüsusiyyətləri barədə danışıb. Onun sözlərinə görə, texnologiya daha təkmil mikroprosessorlardan və siqnal yönəltmədən istifadə edir ki, bu da yüksək sürətə nail olmağa imkan verir. Bununla yanaşı, yeni istifadəçilərin həmin texnologiyaya qoşulması “Google Fiber” optik-lif kabeli vasitəsilə qoşulmadan daha ucuz başa gəlir və kabelin çəkilməsi üçün yerin qazılmasına ehtiyac qalmır.
“Alphabet” 2017-ci ildə Kanzas-Sitidə ilk simsiz şəbəkəni qurmağı planlaşdırır. İcraçı direktor, həmçinin vurğulayıb ki, şirkət bir neçə simsiz texnologiyanı sınaqdan keçirir və onların siqnalının qəbulu üçün istifadəçilər evlərində xüsusi qurğular (söhbətin qeyri-standart Wi-Fi qəbuledicilərindən getdiyi ehtimal olunur) quraşdırmalı olacaqlar.
Nizam Nuriyev
Ucuz simsiz internet texnologiyası yaradılıb
“Google” şirkətinin sahibi “Alphabet” holdinqi 1 Qbit/saniyəyədək sürəti təmin edən və kabel qoşulmasından ucuz olan simsiz məlumat ötürmə texnologiyası yaratdığını açıqlayıb.“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, "Alphabet”in icraçı direktoru Erik Şmidt səhmdarların illik iclasında yeni texnologiyanın bəzi xüsusiyyətləri barədə danışıb. Onun sözlərinə görə, texnologiya daha təkmil mikroprosessorlardan və siqnal yönəltmədən istifadə edir ki, bu da yüksək sürətə nail olmağa imkan verir. Bununla yanaşı, yeni istifadəçilərin həmin texnologiyaya qoşulması “Google Fiber” optik-lif kabeli vasitəsilə qoşulmadan daha ucuz başa gəlir və kabelin çəkilməsi üçün yerin qazılmasına ehtiyac qalmır.
“Alphabet” 2017-ci ildə Kanzas-Sitidə ilk simsiz şəbəkəni qurmağı planlaşdırır. İcraçı direktor, həmçinin vurğulayıb ki, şirkət bir neçə simsiz texnologiyanı sınaqdan keçirir və onların siqnalının qəbulu üçün istifadəçilər evlərində xüsusi qurğular (söhbətin qeyri-standart Wi-Fi qəbuledicilərindən getdiyi ehtimal olunur) quraşdırmalı olacaqlar.
Nizam Nuriyev
Baxış sayı: 1349
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib