12px13px15px17px
Tarix:11/06/16

May ayı ərzində “Elektron hökumət” portalında ən çox müraciət olunan sahələr bəlli oldu

Müşahidələr və statistik rəqəmlər göstərir ki, ölkəmizdə əhalinin elektron xidmətlərdən istifadəsi genişlənir. "Elektron hökumət - www.e-gov.az" portalı vasitəsilə təqdim olunan elektron xidmətlərdə müraciət edənlərin sayının dinamik artımı bunun əyani göstəricisidir. Tələbata uyğun olaraq, istifadəçilərin müraciət etdikləri xidmətlərin statistikası hər ay yenilənir.

Beləliklə, may ayı ərzində "Elektron hökumət" portalı vasitəsilə xidmətlərə ən çox müraciət edilən sahələrin statistik göstəricilərini təqdim edirik.
  1. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası – 691 299
  2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 607 587
  3. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi – 461 296
  4. Dövlət Gömrük Komitəsi – 48 821
  5. Elektron Arayışlar – 14 167
Qəbul imtahanlarına start verildiyi bir vaxtda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası xidmətləri müraciət sayına görə liderdir və təkcə may ayı ərzində qurumun təqdim etdiyi "Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu"elektron xidmətinə 337 405 dəfə müraciət olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi xidmətlər sosial yönümlü xidmətlər olduğu üçün vətəndaşlar arasında aktualdır. Qeyd edək ki, may ayı ərzində "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətinə 220 665 dəfə müraciət olunub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən olan "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi" xidmətinə may ayı ərzində 231 576 dəfə müraciət edilib. Bu xidmət vasitəsilə vətəndaşlar zəng edəcəkləri nömrənin başqa bir mobil operator şəbəkəsinə daşınıb-daşınmaması barədə məlumat əldə edə bilirlər.

Dövlət Gömrük Komitəsinin təqdim etdiyi "Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu" elektron xidmətinə isə 36 824 dəfə müraciət olunub.
Artıq 2 ildir portal üzərindən təqdim edilən elektron arayışlar fərdə məxsus məlumatı elektron qaydada formalaşdırmağa, çap edərək quruma ötürməyə icazə verir. Qeyd edək ki, təkcə may ayında "Elektron hökumət" portalının təqdim etdiyi elektron arayışlara 14 167 dəfə müraciət olunub. 




Baxış sayı: 1290

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024