Tarix:13/06/16
Təlim proqramı zamanı TÜBİTAK UZAY-ın peyk mütəxəssisləri telekommunikasiya peyk sistemlərinin idarə edilməsi, orbitin təyini, orbitdə aparılan manevrlər, peykin yanacağı və ömrünün uzadılması istiqamətində aparılan hesablamalara dair proseslərdə “Azərkosmos”un təcrübəsini öyrəniblər.
Bununla yanaşı, təlim proqramı çərçivəsində TÜBİTAK UZAY-ın kosmik sahədə ixtisaslaşmış mütəxəssisləri Türkiyənin kosmik sənayesinin tarixi inkişafı, gələcək planları, yerli peyk idarəetmə stansiyası layihələri, aşağıorbitli peyklərin idarə olunması, peyklərin dizayn və istehsal edilməsi haqqında, habelə nano-peyklərin hazırlanmasında mövcud olan təcrübələrini bölüşüblər.
Qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində keçirilən təlimdə həm “Azərkosmos”, həm də TÜBİTAK UZAY-ın mütəxəssisləri bundan sonra da əməkdaşlığın faydalı olacağını, gələcəkdə də bu kimi tədbirlərin davam etdirilməsinin zəruriliyini bildiriblər.
Qeyd edək ki, TÜBİTAK UZAY qlobal inkişafı izləyərək kosmik texnologiyalar sahəsində aparıcı mövqedə olmaq və Türkiyəni müstəqil texnoloji imkanlarla təmin etmək üçün kosmik texnologiyalar, elektrik, elektronik və proqram təminatı sahələrində araşdırma, təkmilləşdirmə və tətbiqetmə layihələri həyata keçirir.
“Azərkosmos” ASC və TÜBİTAK UZAY mütəxəssisləri arasında qarşılıqlı təcrübə mübadiləsi keçirildi
Türkiyənin Kosmik Texnologiyalar Araşdırma İnstitutunun (Uzay Teknolojileri Araştırma Enstitüsü - TÜBİTAK UZAY) bir qrup əməkdaşı “Azərkosmos” ASC-də təlim proqramında iştirak ediblər.Təlim proqramı zamanı TÜBİTAK UZAY-ın peyk mütəxəssisləri telekommunikasiya peyk sistemlərinin idarə edilməsi, orbitin təyini, orbitdə aparılan manevrlər, peykin yanacağı və ömrünün uzadılması istiqamətində aparılan hesablamalara dair proseslərdə “Azərkosmos”un təcrübəsini öyrəniblər.
Bununla yanaşı, təlim proqramı çərçivəsində TÜBİTAK UZAY-ın kosmik sahədə ixtisaslaşmış mütəxəssisləri Türkiyənin kosmik sənayesinin tarixi inkişafı, gələcək planları, yerli peyk idarəetmə stansiyası layihələri, aşağıorbitli peyklərin idarə olunması, peyklərin dizayn və istehsal edilməsi haqqında, habelə nano-peyklərin hazırlanmasında mövcud olan təcrübələrini bölüşüblər.
Qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində keçirilən təlimdə həm “Azərkosmos”, həm də TÜBİTAK UZAY-ın mütəxəssisləri bundan sonra da əməkdaşlığın faydalı olacağını, gələcəkdə də bu kimi tədbirlərin davam etdirilməsinin zəruriliyini bildiriblər.
Qeyd edək ki, TÜBİTAK UZAY qlobal inkişafı izləyərək kosmik texnologiyalar sahəsində aparıcı mövqedə olmaq və Türkiyəni müstəqil texnoloji imkanlarla təmin etmək üçün kosmik texnologiyalar, elektrik, elektronik və proqram təminatı sahələrində araşdırma, təkmilləşdirmə və tətbiqetmə layihələri həyata keçirir.
Baxış sayı: 1375
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı