Tarix:17/06/16
Bu siyahıda Azərbaycanı, hələ ki, yeganə elmi jurnal – “Applied and Computational Mathematics” (Tətbiqi və Hesablama Riyaziyyatı jurnalı) təmsil edir.
Bu jurnal 2002-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təsis edilib. Jurnalın redaksiya heyətinə dünyanın 20-yə yaxın ölkəsini təmsil edən ən tanınmış alimlər cəlb olunublar.
İldə üç nömrəsi çap olunan jurnalda müasir nəzəri və tətbiqi riyaziyyatın aktual istiqamətlərində alınmış ən son elmi nəticələr çap olunur.
Sevindirici haldır ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə çap olunan və “Tomson Reyters” agentliyinin son reytinq cədvəlinə əsasən impakt faktoru 0,717-yə yüksəlmiş bu jurnal MDB məkanında ilk üçlüyə, Şərqi Avropa regionu üzrə isə ilk beşliyə daxil olub. Bu fakt Azərbaycan elminin dünyada tanınması və qəbul edilməsi deməkdir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə çap olunan jurnal beynəlxalq agentliyin reytinq cədvəlində MDB üzrə ilk üçlüyə daxil oldu
Bu günlərdə dünyada elmi qiymətləndirmənin ən mötəbər sistemi hesab edilən və ABŞ-ın Filadelfiya şəhərində yerləşən “Tomson Reyters” agentliyinin Elmi İnformasiya İnstitutunun 2015-ci il üçün hesabatı açıqlanıb. Hesabatın bir bölməsində dünyada çap olunan elmi jurnalların reytinq siyahısı dərc edilib.Bu siyahıda Azərbaycanı, hələ ki, yeganə elmi jurnal – “Applied and Computational Mathematics” (Tətbiqi və Hesablama Riyaziyyatı jurnalı) təmsil edir.
Bu jurnal 2002-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təsis edilib. Jurnalın redaksiya heyətinə dünyanın 20-yə yaxın ölkəsini təmsil edən ən tanınmış alimlər cəlb olunublar.
İldə üç nömrəsi çap olunan jurnalda müasir nəzəri və tətbiqi riyaziyyatın aktual istiqamətlərində alınmış ən son elmi nəticələr çap olunur.
Sevindirici haldır ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə çap olunan və “Tomson Reyters” agentliyinin son reytinq cədvəlinə əsasən impakt faktoru 0,717-yə yüksəlmiş bu jurnal MDB məkanında ilk üçlüyə, Şərqi Avropa regionu üzrə isə ilk beşliyə daxil olub. Bu fakt Azərbaycan elminin dünyada tanınması və qəbul edilməsi deməkdir.
Baxış sayı: 1449
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı