12px13px15px17px
Tarix:22/09/11

“Adobe” şirkətinin gəliri 15 faiz azalıb

“Adobe Systems İncorporated” şirkəti Proqram təminatı istehsalçısı 3 ay ərzində 1,01 milyard dollar gəlir əldə edib, bu isə keçənilki nəticəsindən (990 milyon dollar) 2,3% yuxarıdır.

Proqram təminatının satışından əldə olunan gəlir 814.5 milyon dollar təşkil edib. 111,9 milyon dollar abunələrdən əldə olunub. 86.7 milyon dollar isə xidmət dəstəyinin payına düşür.

“Adobe” şirkətinin xalis gəliri isə illik hesablama üzrə 15% azalıb. Əgər 2010-cu maliyyə ilinin 3-cü rübündə şirkət 230,1 milyon dollar və ya səhmə görə 44 sent qazanıbsa, lakin indi 195,1 milyon və ya bir qiymətli kağıza 39 sent qazanıb. “Adobe” şirkəti cari maliyyə rübündə 1,08-1,13 milyard dollara qədər qazanmağı hesablayır.



Baxış sayı: 1024

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024