Tarix:22/09/11
O, bu vəzifəni təxminən 1 il bundan əvvəl Mark Xyorda istefa etdikdən sonra tutub. Bundan əvvəl cənab Apoteker 20 il ərzində Avropanın ən böyük proqram təminatı istehsalçılarından biri olan “SAP” şirkətində çalışıb.
“Hewlett-Packard” şirkətinin Direktorlar Şurasının bəzi investor və üzvləri şirkətin indiki vəziyyətindən, həmçinin cənab Apoteker tərəfindən irəli sürülən kompleks yenidən strukturlaşdırma proqramından narazıdırlar.
Məlumat üçün qeyd edək ki, avqust ayında “HP” şirkəti aşağı tələbata görə “TouchPad” planşetlərinin və “webOS” mobil əməliyyat sistemi ilə işləyən smartfonların satışlarını tamamilə dayandırmaq niyyətini elan edib. Bundan başqa, fərdi kompyuterlərlə məşğul olan “Personal Systems Group” (PSG) bölməsini əsaslı şəkildə yenidən təşkil etmək planlaşdırılır.
“HP” şirkətinin İdarə Heyəti yaxın vaxtlarda Leo Apotekeri istefaya göndərə və yeni icraçı direktor təyin edə bilər.
“HP” Direktorlar Şurasının tərkibinə bir az əvvəl daxil olmuş Meq Uitmen bu vəzifəyə ən ehtimal edilən namizəddir. Xanım Uitmen uzun müddət “eBay” internet-hərracına rəhbərlik edib.
“HP” şirkətinin rəhbəri Leo Apoteker vəzifəsindən azad edilə bilər
“Hewlett-Packard” şirkətinin İdarə Heyəti veb-mənbələrin məlumatlarına əsasən, şirkətin icraçı direktoru Leo Apotekeri işdən çıxara bilər.O, bu vəzifəni təxminən 1 il bundan əvvəl Mark Xyorda istefa etdikdən sonra tutub. Bundan əvvəl cənab Apoteker 20 il ərzində Avropanın ən böyük proqram təminatı istehsalçılarından biri olan “SAP” şirkətində çalışıb.
“Hewlett-Packard” şirkətinin Direktorlar Şurasının bəzi investor və üzvləri şirkətin indiki vəziyyətindən, həmçinin cənab Apoteker tərəfindən irəli sürülən kompleks yenidən strukturlaşdırma proqramından narazıdırlar.
Məlumat üçün qeyd edək ki, avqust ayında “HP” şirkəti aşağı tələbata görə “TouchPad” planşetlərinin və “webOS” mobil əməliyyat sistemi ilə işləyən smartfonların satışlarını tamamilə dayandırmaq niyyətini elan edib. Bundan başqa, fərdi kompyuterlərlə məşğul olan “Personal Systems Group” (PSG) bölməsini əsaslı şəkildə yenidən təşkil etmək planlaşdırılır.
“HP” şirkətinin İdarə Heyəti yaxın vaxtlarda Leo Apotekeri istefaya göndərə və yeni icraçı direktor təyin edə bilər.
“HP” Direktorlar Şurasının tərkibinə bir az əvvəl daxil olmuş Meq Uitmen bu vəzifəyə ən ehtimal edilən namizəddir. Xanım Uitmen uzun müddət “eBay” internet-hərracına rəhbərlik edib.
Baxış sayı: 1574
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır