12px13px15px17px
Tarix:22/09/11

“Lenovo” tezliklə ən böyük fərdi kompyuter şirkəti ola bilər

“Acer” şirkətinin keçmiş prezidenti Canfranko Lyançinin “Lenovo”da konsultant vəzifəsində çalışması Cin şirkətinə fərdi kompyuter istehsalçıları arasında daha da yuxarı yerlərdən birini tutmağa kömək edə bilər, “Digitimes Research” şirkətinin baş analitiki Coan Çen belə hesab edir.

“Lenovo” şirkəti Çin bazarında olan üstünlüyü, Avropa bazarında yaranan əlverişli şərait sayəsində şirkət 2011-ci ildə dünyanın ən böyük fərdi kompyuter istehsalçıları arasında ikinci yeri tuta biləcək.

Ekspert əmindir ki, satış və əlverişli saziş bağlamaq sahəsində böyük təcrübəyə malik olan Lyançinin gəlişi ilə “Lenovo” yaxın gələcəkdə daha da heyrətləndirici nəticələrə nail olacaq.

Avropada aparıcı noutbuk təchizatçıları olan “Hewlett-Packard” və “Acer” şirkətləri hazırda daxili problem ilə üzləşiblər və bu onların liderlik mövqelərinə təsir edə bilər.

Avropa bazarında öz payını artırmağı hesablayan “Lenovo” şirkəti məhz bu vəziyyətdən istifadə etməyə çalışacaq.

Əgər Cin şirkəti Lyançinin vasitəsi ilə Avropada öz mövqeyini möhkəmləndirməyi bacarsa, o zaman “Lenovo”nun dünyanın ən böyük fərdi kompyuter istehsalçısı olmaq ümidlərini doğrulda bilər.

Proqnozlara əsasən, “Lenovo” şirkətinin 2013-cü ilə fərdi kompyuter seqmentində mədaxili 30 milyard ABŞ dolları ötə bilər. “Bu göstərici nəticəsində o, hətta Amerikanın ən böyük fərdi kompyuter brendləri ilə bərabər vəziyyətdə rəqabət apara bilər”.



Baxış sayı: 1587

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024