Tarix:30/06/16
"Biz şəhər və kənd yerləri arasında rəqəmsal qeyri-bərabərliyin azaldılması üzrə elektron kommunikasiyalar sahəsində Avropa İttifaqında nümunəvi hesab edilən iri layihələrin reallaşdırılması təcrübəsini bundan sonra da bölüşməyə hazırıq".
R.Sinkyaviçyusun fikrincə, Litvanın ictimai sektorda elektron xidmətlər yaradılması sahəsində təcrübəsi də Azərbaycan üçün maraqlı ola bilər. Nazir bildirib ki, Litva elektron ictimai-inzibati xidmətlər sahəsində tərəqqi baxımından Aİ ölkələri arasında liderlərdən biridir. Litvanın "DocLogix" şirkəti "Azərbaycan Respublikasında "G-Cloud" bazasında vahid elektron sənəd dövriyyəsi" layihəsinin reallaşdırılması çərçivəsində öz xidmətlərini təklif edir və əməkdaşlığın uğurla davam etdiriləcəyinə ümid bəsləyir.
Nazir diqqətə çatdırıb ki, Litvanın İKT şirkətləri Azərbaycana elektron hökumət sahəsində müvafiq həllər təklif edə bilərlər. Nazirin sözlərinə görə, ölkələrimiz arasında əməkdaşlığın mümkün sahələrindən biri də strateji dövlət resursu olan radiotezliklərdən səmərəli istifadə edilməsidir.
"Qeyd etmək lazımdır ki, "Azərpoçt" MMC və "Lietuvos pastas" səhmdar cəmiyyəti "SC/STEFİ" sistemi vasitəsilə elektron pulköçürmələrinin təşkilində əməkdaşlıq edirlər. 2015-ci il aprelin 1-də iki ölkənin poçt təşkilatları arasında müvafiq müqavilə imzalanıb"- deyə o, həmçinin qeyd edib.
Litva İKT sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Litva İKT sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu fikri AZƏRTAC-a müsahibəsində Litvanın nəqliyyat və kommunikasiya naziri Rimantas Sinkyaviçyus deyib:"Biz şəhər və kənd yerləri arasında rəqəmsal qeyri-bərabərliyin azaldılması üzrə elektron kommunikasiyalar sahəsində Avropa İttifaqında nümunəvi hesab edilən iri layihələrin reallaşdırılması təcrübəsini bundan sonra da bölüşməyə hazırıq".
R.Sinkyaviçyusun fikrincə, Litvanın ictimai sektorda elektron xidmətlər yaradılması sahəsində təcrübəsi də Azərbaycan üçün maraqlı ola bilər. Nazir bildirib ki, Litva elektron ictimai-inzibati xidmətlər sahəsində tərəqqi baxımından Aİ ölkələri arasında liderlərdən biridir. Litvanın "DocLogix" şirkəti "Azərbaycan Respublikasında "G-Cloud" bazasında vahid elektron sənəd dövriyyəsi" layihəsinin reallaşdırılması çərçivəsində öz xidmətlərini təklif edir və əməkdaşlığın uğurla davam etdiriləcəyinə ümid bəsləyir.
Nazir diqqətə çatdırıb ki, Litvanın İKT şirkətləri Azərbaycana elektron hökumət sahəsində müvafiq həllər təklif edə bilərlər. Nazirin sözlərinə görə, ölkələrimiz arasında əməkdaşlığın mümkün sahələrindən biri də strateji dövlət resursu olan radiotezliklərdən səmərəli istifadə edilməsidir.
"Qeyd etmək lazımdır ki, "Azərpoçt" MMC və "Lietuvos pastas" səhmdar cəmiyyəti "SC/STEFİ" sistemi vasitəsilə elektron pulköçürmələrinin təşkilində əməkdaşlıq edirlər. 2015-ci il aprelin 1-də iki ölkənin poçt təşkilatları arasında müvafiq müqavilə imzalanıb"- deyə o, həmçinin qeyd edib.
Baxış sayı: 983
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır