Tarix:08/07/16
“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya mexanika” resursuna istinadən yazır ki, şirkət yeni simsiz rabitə sistemi hazırlayıb. “OpenCellar” adlanan qurğu planetin istənilən guşəsində şəbəkəyə çıxış nöqtəsi yaratmaqla bir sıra üstünlüklərə malikdir. Məsələn, qurğu lokal şəbəkənin yaradılmasından tutmuş, “2G” və “LTE” kimi şəbəkələrə çıxış kimi geniş kommunikasiya imkanlarına malikdir.
Bildirilir ki, “OpenCellar” qurğusunun əsas fərqləndirici cəhəti onun lazımi yenilənmə və yoxlama proqram təminatı ilə yanaşı, rabitə operatorlarına, sahibkar və avadanlıq istehsalçılarına (o cümlədən haker və şəbəkə fırıldaqçılarına) platforma əsasında lokal şəbəkə yaradaraq onu sazlamağa və uğurlu tətbiqinə imkan verən açıq texniki və başlanğıc şəbəkə kodlarına malik olmasındadır.
“Facebook” və “Telecom Infra Project” (TIP) şirkətləri birlikdə gələcəkdə platformanı təkmilləşdirməyə kömək edəcək şəbəkə texnologiyaları ətrafında böyük birlik yaradaraq onu inkişaf etdirmək niyyətindədir.
Qeyd olunur ki, 2015-ci ilin sonunda 4 milyarddan çox insan internetə qoşulmaq imkanından məhrum olub, Yer kürəsi əhalisinin 10 faizi isə mobil rabitə şəbəkəsinin əhatə dairəsindən kənarda qalıb. “Facebook” qurğuların ucuzluğu və komplekt hissələrini hər yerdə əldə etməyin mümkünlüyü sayəsində bu problemi həll etmək niyyətindədir.
“OpenCellar” qurğusunun əsas iş prinsipləri:
1) Modul konstruksiyası: o, sistemə müxtəlif simsiz rabitə standartları, o cümlədən gələcəkdə hazırlanacaq standartlarla işləməyə imkan verir.
2) Müxtəlif auditoriya ölçüsü - kiçik qruplardan tutmuş, bir neçə yüz nəfərdən ibarət birliklər üçün miqyası artırmaq imkanları.
3) Ucuzluq: bu, geniş spektr biznes modellərindən istifadəyə və Şərqi Timor kimi yoxsul ölkələrdə qurğu şəbəkələri qurmağa şərait yaradır.
4) Mövcud infrastrukturdan istifadə (teleqraf dirəkləri, elektrik şəbəkələri və s.)
Zahirən adi sabunqabını xatırladan “OpenСellar” qurğusunun korpusunda elektronika yerləşdirilib. Platforma iki altsistemdən ibarətdir.
Sistemin ilk təqdimatı bu ilin yayında planlaşdırılır. "Facebook” mühəndisi Əli Kəşifinin sözlərinə görə, qurğu Kaliforniyada uğurla sınaqdan keçirilib. Sınaq komandası mətnli bildirişlər mübadiləsi edib, səsli rabitə qurub və əsas rabitə vasitələrindən istifadə edib.
Nizam Nuriyev
“Facebook” dünyanı internetlə təmin edəcək
“Facebook” şirkəti Yer kürəsinin bütün guşələrini internetlə təmin edəcək yeni layihəni işə salıb.“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya mexanika” resursuna istinadən yazır ki, şirkət yeni simsiz rabitə sistemi hazırlayıb. “OpenCellar” adlanan qurğu planetin istənilən guşəsində şəbəkəyə çıxış nöqtəsi yaratmaqla bir sıra üstünlüklərə malikdir. Məsələn, qurğu lokal şəbəkənin yaradılmasından tutmuş, “2G” və “LTE” kimi şəbəkələrə çıxış kimi geniş kommunikasiya imkanlarına malikdir.
Bildirilir ki, “OpenCellar” qurğusunun əsas fərqləndirici cəhəti onun lazımi yenilənmə və yoxlama proqram təminatı ilə yanaşı, rabitə operatorlarına, sahibkar və avadanlıq istehsalçılarına (o cümlədən haker və şəbəkə fırıldaqçılarına) platforma əsasında lokal şəbəkə yaradaraq onu sazlamağa və uğurlu tətbiqinə imkan verən açıq texniki və başlanğıc şəbəkə kodlarına malik olmasındadır.
“Facebook” və “Telecom Infra Project” (TIP) şirkətləri birlikdə gələcəkdə platformanı təkmilləşdirməyə kömək edəcək şəbəkə texnologiyaları ətrafında böyük birlik yaradaraq onu inkişaf etdirmək niyyətindədir.
Qeyd olunur ki, 2015-ci ilin sonunda 4 milyarddan çox insan internetə qoşulmaq imkanından məhrum olub, Yer kürəsi əhalisinin 10 faizi isə mobil rabitə şəbəkəsinin əhatə dairəsindən kənarda qalıb. “Facebook” qurğuların ucuzluğu və komplekt hissələrini hər yerdə əldə etməyin mümkünlüyü sayəsində bu problemi həll etmək niyyətindədir.
“OpenCellar” qurğusunun əsas iş prinsipləri:
1) Modul konstruksiyası: o, sistemə müxtəlif simsiz rabitə standartları, o cümlədən gələcəkdə hazırlanacaq standartlarla işləməyə imkan verir.
2) Müxtəlif auditoriya ölçüsü - kiçik qruplardan tutmuş, bir neçə yüz nəfərdən ibarət birliklər üçün miqyası artırmaq imkanları.
3) Ucuzluq: bu, geniş spektr biznes modellərindən istifadəyə və Şərqi Timor kimi yoxsul ölkələrdə qurğu şəbəkələri qurmağa şərait yaradır.
4) Mövcud infrastrukturdan istifadə (teleqraf dirəkləri, elektrik şəbəkələri və s.)
Zahirən adi sabunqabını xatırladan “OpenСellar” qurğusunun korpusunda elektronika yerləşdirilib. Platforma iki altsistemdən ibarətdir.
Sistemin ilk təqdimatı bu ilin yayında planlaşdırılır. "Facebook” mühəndisi Əli Kəşifinin sözlərinə görə, qurğu Kaliforniyada uğurla sınaqdan keçirilib. Sınaq komandası mətnli bildirişlər mübadiləsi edib, səsli rabitə qurub və əsas rabitə vasitələrindən istifadə edib.
Nizam Nuriyev
Baxış sayı: 1363
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib