Tarix:09/07/16
Mütəxəssislər izah ediblər ki, yeni düzəliş valyuta dəyişikliklərini nəzərə alaraq edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən xəbər verir ki, İT bazarının ayrı-ayrı seqmentləri haqda məlumat verən ekspertlər 2016-cı ildə məlumat mərkəzləri üçün avadanlığa yatırılacaq investisiyanın 2 faiz artımını proqnozlaşdırıblar. Analitiklər artıma şərait yaradan amillər arasında Çin və Qərbi Avropanın server bazarında yüksəlişi, həmçinin Şimali Amerikanın korporativ şəbəkə avadanlığı bazarında aktiv yeniləməni qeyd ediblər.
Ən yüksək artım proqram təminatı seqmentində gözlənilir: 2015-ci illə müqayisədə xərclər 5% artaraq 332 milyard dolları ötəcək. Mütəxəssislərin məlumatına görə, proqram təminatı seqmentində əsas hərəkətverici qüvvə Şimali Amerikadır və 2016-cı ildə bu sahədə gözlənilən 24 milyard dolların 11.6 milyardı adı çəkilən regionun payına düşəcək.
Ən böyük azalma (5.3%) kompüter texnikası bazarında proqnozlaşdırılır. Analitiklərin proqnozuna görə, 2016-cı ildə fərdi kompüter, noutbuk, mobil telefon, planşet və printer daxil olmaqla müxtəlif qurğuların alışına 627.2 milyard ABŞ dolları xərclənəcək. Halbuki 2015-ci ildə bu göstərici 662.3 milyard ABŞ dolları olub. Rusiya, Yaponiya və Braziliyada iqtisadi problemlər FK bazarının bərpasını və ona tələbatı ləngidir. Bundan başqa, bir çox istehlakçılar köhnə kompüterlərini işlətməyə davam edirlər.
“Gartner”in qiymətləndirməsinə görə, 2016-cı ildə İT xidmətlərinə təxminən 898 milyard dollar xərclənəcək ki, bu da ötənilki göstəricidən 3.7% daha çoxdur. Bu sahədə Yaponiyada xərclər ən sürətli templə artacaq.
Həmçinin 2016-cı ildə telekommunikasiya xidmətlərinə xərclər 1.4% azalaraq 1.38 trilyon dollar təşkil edəcək.
Emil Hüseynov
Qlobal İT bazarında artım gözlənilmir
“Gartner” analitik şirkəti 2016-cı il üçün qlobal informasiya texnologiyaları bazarının həcmi üzrə proqnozuna yenidən baxıb və yeni hesablamalara əsasən, qlobal İT xərclərin həcmi 2015-ci illə eyni səviyyədə (3.41 trilyon ABŞ dolları) olacaq.Mütəxəssislər izah ediblər ki, yeni düzəliş valyuta dəyişikliklərini nəzərə alaraq edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən xəbər verir ki, İT bazarının ayrı-ayrı seqmentləri haqda məlumat verən ekspertlər 2016-cı ildə məlumat mərkəzləri üçün avadanlığa yatırılacaq investisiyanın 2 faiz artımını proqnozlaşdırıblar. Analitiklər artıma şərait yaradan amillər arasında Çin və Qərbi Avropanın server bazarında yüksəlişi, həmçinin Şimali Amerikanın korporativ şəbəkə avadanlığı bazarında aktiv yeniləməni qeyd ediblər.
Ən yüksək artım proqram təminatı seqmentində gözlənilir: 2015-ci illə müqayisədə xərclər 5% artaraq 332 milyard dolları ötəcək. Mütəxəssislərin məlumatına görə, proqram təminatı seqmentində əsas hərəkətverici qüvvə Şimali Amerikadır və 2016-cı ildə bu sahədə gözlənilən 24 milyard dolların 11.6 milyardı adı çəkilən regionun payına düşəcək.
Ən böyük azalma (5.3%) kompüter texnikası bazarında proqnozlaşdırılır. Analitiklərin proqnozuna görə, 2016-cı ildə fərdi kompüter, noutbuk, mobil telefon, planşet və printer daxil olmaqla müxtəlif qurğuların alışına 627.2 milyard ABŞ dolları xərclənəcək. Halbuki 2015-ci ildə bu göstərici 662.3 milyard ABŞ dolları olub. Rusiya, Yaponiya və Braziliyada iqtisadi problemlər FK bazarının bərpasını və ona tələbatı ləngidir. Bundan başqa, bir çox istehlakçılar köhnə kompüterlərini işlətməyə davam edirlər.
“Gartner”in qiymətləndirməsinə görə, 2016-cı ildə İT xidmətlərinə təxminən 898 milyard dollar xərclənəcək ki, bu da ötənilki göstəricidən 3.7% daha çoxdur. Bu sahədə Yaponiyada xərclər ən sürətli templə artacaq.
Həmçinin 2016-cı ildə telekommunikasiya xidmətlərinə xərclər 1.4% azalaraq 1.38 trilyon dollar təşkil edəcək.
Emil Hüseynov
Baxış sayı: 1024
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır