Tarix:14/07/16
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, “Nexar” işıqforları tanıyır, pis sürücülərin nömrə nişanlarını xatırlayır və bütün baş verənləri qeydə alır, yol-nəqliyyat hadisəsi baş verən zaman videoqeydləri sığorta təşkilatlarına və ya polisə ötürür.
Bildirilir ki, əlavə yükləndikdən sonra “iPhone” avtomobilin cihaz panelində smartfonun əsas kamerası yola istiqamətlənmiş vəziyyətdə quraşdırılır. Sürücünün avtomobilini kimsə vurduqda, əyləcə basmağa məcbur etdikdə, "Nexar” hər şeyin qaydasında olmasını dəqiqləşdirir. İnsidentin təsdiqi üçün ekrandakı düyməni basmaq kifayət edir və əlavə hadisədən əvvəlki 20 və sonrakı 10 saniyə kadrlarını seçir və onları arxivləşdirmək üçün şirkətin məlumat bazasına göndərməklə baş verənlərlə bağlı faktiki məlumatlar toplayır.
Şirkət nümayəndələrinin sözlərinə görə, onların texnologiyası smartfon ötürücüləri vasitəsilə avtomobilin qəzada dəqiq vəziyyətinin “3D” formatında qrafik təsvirinin təkrarını yarada bilər. Bu, yol-nəqliyyat hadisəsinin təqsirkarını müəyyənləşdirən zaman faydalı ola bilər.
Bundan başqa, “Nexar” yol hərəkəti qaydalarını dəfələrlə pozan avtomobillərin nömrə nişanlarını “oxuya” və müəyyənləşdirə bilir.
Şirkət avtomobil qəzaları və digər pozuntular barədə real vaxt rejimində xəbərdarlıq etmək üçün İsrailin aparıcı “Waze” naviqasiya əlavəsi ilə əməkdaşlıq edir. Eyni zamanda “Nexar” sığorta şirkətlərinə yol-nəqliyyat hadisələri ilə bağlı sənədləşməni təqdim etməklə onlarla əməkdaşlığı planlaşdırır.
“Nexar” əlavəsini “iOS 8.0” və sistemin daha yuxarı versiyalarının idarəetməsi ilə işləyən qurğular üçün bu ünvandan pulsuz yükləmək mümkündür.
Nizam Nuriyev
Süni intellektli mobil proqram yolda qeyri-adekvat sürücülər barədə xəbərdarlıq edəcək
İsrailin “Nexar” şirkəti süni intellekt əsasında işləyən dünyanın ilk videoregistrator əlavəsini nümayiş etdirib. “Nexar” adlanan proqram “iPhone” smartfonunu potensial təhlükəli sürücüləri müəyyənləşdirən və yol-nəqliyyat hadisəsinə düşmək riski haqqında əvvəlcədən xəbərdarlıq edə bilən video yazan qurğuya çevirir.“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, “Nexar” işıqforları tanıyır, pis sürücülərin nömrə nişanlarını xatırlayır və bütün baş verənləri qeydə alır, yol-nəqliyyat hadisəsi baş verən zaman videoqeydləri sığorta təşkilatlarına və ya polisə ötürür.
Bildirilir ki, əlavə yükləndikdən sonra “iPhone” avtomobilin cihaz panelində smartfonun əsas kamerası yola istiqamətlənmiş vəziyyətdə quraşdırılır. Sürücünün avtomobilini kimsə vurduqda, əyləcə basmağa məcbur etdikdə, "Nexar” hər şeyin qaydasında olmasını dəqiqləşdirir. İnsidentin təsdiqi üçün ekrandakı düyməni basmaq kifayət edir və əlavə hadisədən əvvəlki 20 və sonrakı 10 saniyə kadrlarını seçir və onları arxivləşdirmək üçün şirkətin məlumat bazasına göndərməklə baş verənlərlə bağlı faktiki məlumatlar toplayır.
Şirkət nümayəndələrinin sözlərinə görə, onların texnologiyası smartfon ötürücüləri vasitəsilə avtomobilin qəzada dəqiq vəziyyətinin “3D” formatında qrafik təsvirinin təkrarını yarada bilər. Bu, yol-nəqliyyat hadisəsinin təqsirkarını müəyyənləşdirən zaman faydalı ola bilər.
Bundan başqa, “Nexar” yol hərəkəti qaydalarını dəfələrlə pozan avtomobillərin nömrə nişanlarını “oxuya” və müəyyənləşdirə bilir.
Şirkət avtomobil qəzaları və digər pozuntular barədə real vaxt rejimində xəbərdarlıq etmək üçün İsrailin aparıcı “Waze” naviqasiya əlavəsi ilə əməkdaşlıq edir. Eyni zamanda “Nexar” sığorta şirkətlərinə yol-nəqliyyat hadisələri ilə bağlı sənədləşməni təqdim etməklə onlarla əməkdaşlığı planlaşdırır.
“Nexar” əlavəsini “iOS 8.0” və sistemin daha yuxarı versiyalarının idarəetməsi ilə işləyən qurğular üçün bu ünvandan pulsuz yükləmək mümkündür.
Nizam Nuriyev
Baxış sayı: 891
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib