12px13px15px17px
Tarix:27/07/16

Sənaye robotu virtual reallığı hissolunan edib (VİDEO)

Kvins Universitetinin tədqiqatçıları sənaye robotunu virtual reallıq obyektləri ilə fiziki kontaktın imitasiyası üçün istifadəyə uyğunlaşdırıblar.
 

 
 



"ICTnews" Elektron Xəbər Xidməti "N+1" resursuna istinadən yazır ki, aparat platforması qismində mütəxəssislər "Baxter" robotundan və "HTC Vive" virtual reallıq eynəyindən istifadə ediblər. Sistem kontrollerlərin virtual reallıqda yerdəyişməsini izləyir və lazımi obyektə yaxınlaşan zaman robot kontroller qarşısında kontakt yerini qoyur. Beləliklə, istifadəçi virtual reallıq obyekti ilə fiziki əlaqəni hiss etməyə başlayır.
 
Nümayiş edilən videoda istifadəçi xüsusi virtual reallıq mühitində taxta yeşikləri bir neçə dəfə yerindən tərpədir. Bununla yanaşı, bəzi funksiyaları dəyişdirmək olar. Məsələn, istifadəçi virtual obyektlərin kütləsini dəyişdikdən sonra robot yeni sazlamalara uyğun daha ağır yeşiyi imitasiya etməyə başlayır.
 
Nizam Nuriyev



Baxış sayı: 1365

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Oktyabr 2024

03 10 2024