Tarix:01/08/16
Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının (BMT) ənənəvi olaraq hər iki ildən bir nəşr etdiyi "E-Government Survey 2016" adlı hesabatında əvvəlki mövqeyini 12 pillə artıraraq 68-ci yerdən 56-cı yerə yüksəlib.
Hesabatın builki nəşrində "Elektron Hökumətin İnkişaf İndeksi" və "Elektron-İştirak İndeksi" üzrə BMT-nin 193 üzv ölkəsinin reytinqi müəyyənləşdirilib.
Hesabatda "Elektron Hökumətin İnkişaf İndeksi" üzrə ölkələr ümumilikdə topladığı xala görə 4 qrup üzrə təsnifləşdirilib (çox yüksək, yüksək, orta, zəif).
Qeyd edək ki, "Elektron Hökumət İnkişaf İndeksi" (EGDI) üzrə Azərbaycan əvvəlki hesabatdakı kimi "Yüksək" EGDI ölkələr qrupuna daxil edilib.
· EGDI qrupunda dünya ölkələri arasında Birləşmiş Krallıq liderlik edir. Qeyd edək ki, əvvəlki hesabatda liderlik edən Koreya hazırki hesabatda 3-cü yerdə mövqe tutub. "Elektron Hökumət İnkişaf İndeksi" üzrə 2-ci yerin sahibi Avstraliya olub.
· Qeyd edək ki, reytinq cədvəlində xeyli irəliləyən ölkəmiz MDB regionunda əvvəlki hesabatdakı 7-ci mövqeyindən 4-cü mövqeyə yüksəlib.
· EGDI indeksinə görə MDB ölkələrinin müqayisəsi:
Məlumat üçün bildirək ki, "Elektron Hökumət İnkişaf İndeksi"nin hesablanması zamanı 3 komponent əsas götürülür:
Online xidmət sub-indeksi,
Telekommunikasiya İnrfastrukturu sub-indeksi,
İnsan Kapitalı sub-indeksi.
· BMT-nin sözügedən hesabatında göstərilən ikinci əsas indeksi "Elektron-İştirak İndeksi"dir (E-Participation). Azərbaycan bu göstəriciyə görə dünya ölkələri arasında 30 pillə irəliləyərək 77-ci yerdən 47-ci yerə yüksəlib.
·
Azərbaycan həm də bu göstərici üzrə MDB ölkələri arasında əvvəlki 7-ci yerindən 2-ci yerə yüksəlmiş olub.
Həmçinin məcmuədə "Elektron-İştirak İndeksi" üzrə ən yaxşı performans göstərən top 50 ölkə arasında Azərbaycanın adı qeyd edilib. Bu indeks üzrə meyarlar e-informasiya, e-məsləhət, e-qərarvermə alt göstəricilər əsasında hesablanır.
· "Elektron-İştirak İndeksi"nin sub-göstəriciləri üzrə Azərbaycanın mövqeyi aşağıdakı kimidir.
Qeyd edək ki, hesabatın müvafiq qiymətləndirməsində "Elektron-İştirak İndeksi" üzrə dünya ölkələri arasında Birləşmiş Krallıq liderlik edir. Digər 2-ci yer iki ölkə - Yaponiya və Avstraliya arasında bölüşür. Əvvəlki hesabatda birinci olan Koreya isə bu dəfə 4-cü yerdə qərarlaşıb.
Ölkəmizin BMT-nin “Elektron Hökumətin İnkişaf İndeksi” üzrə mövqeyi 12 pillə yüksəldi

Ölkənin adı | "E-government survey 2016" hesabatında mövqe | "E-government survey 2014" hesabatında mövqe | "E-government survey 2012" hesabatında mövqe | |
1 | Qazaxıstan | 33 | 28 | 38 |
2 | Rusiya | 35 | 27 | 27 |
3 | Belarus | 49 | 55 | 61 |
4 | Azərbaycan | 56 | 68 | 96 |
5 | Gürcüstan | 61 | 56 | 72 |
6 | Ukrayna | 62 | 87 | 68 |
7 | Moldova | 65 | 66 | 69 |
8 | Özbəkistan | 80 | 100 | 91 |
9 | Ermənistan | 87 | 61 | 94 |
10 | Qırğızıstan | 97 | 101 | 99 |
11 | Türkmənistan | 140 | 128 | 126 |
12 | Tacikistan | 139 | 129 | 122 |
Məlumat üçün bildirək ki, "Elektron Hökumət İnkişaf İndeksi"nin hesablanması zamanı 3 komponent əsas götürülür:
Online xidmət sub-indeksi,
Telekommunikasiya İnrfastrukturu sub-indeksi,
İnsan Kapitalı sub-indeksi.
· BMT-nin sözügedən hesabatında göstərilən ikinci əsas indeksi "Elektron-İştirak İndeksi"dir (E-Participation). Azərbaycan bu göstəriciyə görə dünya ölkələri arasında 30 pillə irəliləyərək 77-ci yerdən 47-ci yerə yüksəlib.
·
Azərbaycan həm də bu göstərici üzrə MDB ölkələri arasında əvvəlki 7-ci yerindən 2-ci yerə yüksəlmiş olub.
Ölkənin adı |
"E-govrnment survey 2016" hesabatında mövqe | "E-govrnment survey 2014" hesabatında mövqe |
Mövqe dəyişikliyi |
|
1 | Rusiya | 32 | 30 | -2 |
1 | Ukrayna | 32 | 77 | +45 |
2 | Azərbaycan | 47 | 77 | +30 |
2 | Özbəkistan | 47 | 71 | +24 |
3 | Moldova | 50 | 40 | - |
4 | Qırğızıstan | 67 | 81 | +14 |
4 | Qazaxıstan | 67 | 22 | -45 |
5 | Belarus | 76 | 55 | -21 |
5 | Gürcüstan | 76 | 49 | -27 |
6 | Ermənistan | 84 | 59 | -25 |
7 | Tacikistan | 149 | 158 | +9 |
8 | Türkmənistan | 179 | 158 | -21 |
Həmçinin məcmuədə "Elektron-İştirak İndeksi" üzrə ən yaxşı performans göstərən top 50 ölkə arasında Azərbaycanın adı qeyd edilib. Bu indeks üzrə meyarlar e-informasiya, e-məsləhət, e-qərarvermə alt göstəricilər əsasında hesablanır.
· "Elektron-İştirak İndeksi"nin sub-göstəriciləri üzrə Azərbaycanın mövqeyi aşağıdakı kimidir.
Qeyd edək ki, hesabatın müvafiq qiymətləndirməsində "Elektron-İştirak İndeksi" üzrə dünya ölkələri arasında Birləşmiş Krallıq liderlik edir. Digər 2-ci yer iki ölkə - Yaponiya və Avstraliya arasında bölüşür. Əvvəlki hesabatda birinci olan Koreya isə bu dəfə 4-cü yerdə qərarlaşıb.
Baxış sayı: 3127
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır