Tarix:19/08/16
Görüşdə İKT sahəsində əməkdaşlıq əlaqələrin genişləndirilməsi, "Elektron hökumət" quruculuğu istiqamətində qarşılıqlı təcrübə mübadiləsi, nüvə, peyk sənayesi, poçt rabitəsi sahələrində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Ölkələrimiz arasında siyasi-iqtisadi münasibətlərin inkişafından söhbət açan rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ikitərəfli əməkdaşlığın bütün sahələrdə, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində də uğurla davam etdiyini bildirib.
R.Quluzadə Koreyanın İKT sahəsində əldə etdiyi nailiyyətlərin və uğurlu təcrübənin Azərbaycan üçün faydalı ola biləcəyini qeyd edib.
Koreya şirkətlərinin Azərbaycanda həyata keçirilən İKT layihələrində iştirakından danışan nazir ölkəmizin bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Nazir bu baxımdan Bakıda keçiriləcək "Bakutel-2016" beynəlxalq informasiya texnologiyaları sərgi-konfransının əlverişli platforma olduğunu bildirərək, Koreya tərəfini sərgidə iştiraka dəvət edib.
Səmimi qəbula görə təşəkkür edən Hong Yun-Şik öz növbəsində Koreya-Azərbaycan münasibətlərində qarşılıqlı əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən İKT, rabitə və yüksək texnologiyalar sahəsində yüksək səviyyədə olduğunu qeyd edib.
O bildirib ki, Azərbaycanda hazırda "Elektron hökumət" quruculuğu istiqamətində uğurlu işlər həyata keçirilir. Nazir son 8 il ərzində ölkəsinin BMT-nin "Elektron hökumətin inkişaf indeksi" üzrə tərtib etdiyi hesabatda liderliyini qeyd edərək, bu istiqamətdə Azərbaycana istənilən dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib. O, həmçinin BMT-nin hesabatında Azərbaycanın mövqeyinin xeyli yüksəlməsinə görə təbrik edərək, bu uğuru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həyata keçirdiyi səmərəli işlərin nəticəsi kimi qiymətləndirib.
Koreyalı nazir İKT sahəsində daha yüksək nəticələrin əldə edilməsi üçün azərbaycanlı kadrlara treninqlərin keçirilməsini, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini təklif edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üçün "Elektron hökumət" təlim-tədris mərkəzinin yaradılması və texniki təchizatında göstərdiyi dəstəyə görə Koreya dövlətinə təşəkkürünü bildirən R.Quluzadə bundan sonra da əlaqələrin yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Koreya Respublikasının daxili işlər naziri Hong Yun-Şik və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.Görüşdə İKT sahəsində əməkdaşlıq əlaqələrin genişləndirilməsi, "Elektron hökumət" quruculuğu istiqamətində qarşılıqlı təcrübə mübadiləsi, nüvə, peyk sənayesi, poçt rabitəsi sahələrində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Ölkələrimiz arasında siyasi-iqtisadi münasibətlərin inkişafından söhbət açan rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ikitərəfli əməkdaşlığın bütün sahələrdə, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində də uğurla davam etdiyini bildirib.
R.Quluzadə Koreyanın İKT sahəsində əldə etdiyi nailiyyətlərin və uğurlu təcrübənin Azərbaycan üçün faydalı ola biləcəyini qeyd edib.
Koreya şirkətlərinin Azərbaycanda həyata keçirilən İKT layihələrində iştirakından danışan nazir ölkəmizin bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Nazir bu baxımdan Bakıda keçiriləcək "Bakutel-2016" beynəlxalq informasiya texnologiyaları sərgi-konfransının əlverişli platforma olduğunu bildirərək, Koreya tərəfini sərgidə iştiraka dəvət edib.
Səmimi qəbula görə təşəkkür edən Hong Yun-Şik öz növbəsində Koreya-Azərbaycan münasibətlərində qarşılıqlı əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən İKT, rabitə və yüksək texnologiyalar sahəsində yüksək səviyyədə olduğunu qeyd edib.
O bildirib ki, Azərbaycanda hazırda "Elektron hökumət" quruculuğu istiqamətində uğurlu işlər həyata keçirilir. Nazir son 8 il ərzində ölkəsinin BMT-nin "Elektron hökumətin inkişaf indeksi" üzrə tərtib etdiyi hesabatda liderliyini qeyd edərək, bu istiqamətdə Azərbaycana istənilən dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib. O, həmçinin BMT-nin hesabatında Azərbaycanın mövqeyinin xeyli yüksəlməsinə görə təbrik edərək, bu uğuru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həyata keçirdiyi səmərəli işlərin nəticəsi kimi qiymətləndirib.
Koreyalı nazir İKT sahəsində daha yüksək nəticələrin əldə edilməsi üçün azərbaycanlı kadrlara treninqlərin keçirilməsini, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini təklif edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üçün "Elektron hökumət" təlim-tədris mərkəzinin yaradılması və texniki təchizatında göstərdiyi dəstəyə görə Koreya dövlətinə təşəkkürünü bildirən R.Quluzadə bundan sonra da əlaqələrin yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Baxış sayı: 966
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı