12px13px15px17px
Tarix:19/08/16

Azərbaycan-Koreya əməkdaşlıq forumu keçirildi

Bu gün Bakıda Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya əməkdaşlıq forumu keçirilib. Forumda Koreya Respublikasının daxili işlər naziri Honq Yun-Şik, Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kim Çan Qyu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və digər səlahiyyətli nümayəndələr iştirak ediblər.
 
Forumu giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "Elektron hökumət" portalının uğurlu fəaliyyətini vurğulayaraq qeyd edib ki, "Elektron hökumət" portalında olan elektron xidmətlərin  istifadə dairəsi genişləndikcə, portaldan istifadə əmsalı da artır. Məruzəçi, həmçinin qeyd edib ki, təsadüfi deyil ki, BMT-nin "Elektron hökumət sorğusu 2016" hesabatına əsasən Azərbaycan "Elektron Hökumətin İnkişaf İndeksi" üzrə əvvəlki mövqeyini 12 pillə artıraraq 68-ci yerdən 56-cı yerə, "Elektron-İştirak İndeksi" üzrə isə öz mövqeyini 30 pillə artıraraq 47-ci yerə yüksəlib.

Tədbirdə çıxış edən Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çan Qyu Azərbaycanın inkişaf etmiş "Elektron hökumət" sistemlərindən birini yaratdığını  və bu sahədə gördüyü işlərlə keçmiş SSRİ-nin digər dövlətlərindən fərqləndiyini söylədi və qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sistemi dünyada tətbiq etmək üçün ən yüksək səviyyədə addımlar atılır.

Daha sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu "Elektron hökumət" portalının koordinatoru Cəmşid Naxçıvanski  "Elektron hökumət" sistemi üzrə təqdimatla çıxış edib. Məruzəçi "Elektron hökumət" portalının inkişaf mərhələləri, statistik məlumatlar, qarşıya qoyulan məqsədlər və gələcək planlar barədə də forum iştirakçılarına məlumat verib.                                             

Tədbirdə, həmçinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreyanın Daxili İşlər Nazirliyi arasında "Elektron hökumət" və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.




Baxış sayı: 728

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024