Tarix:25/08/16
Yeni xidmət iş yerlərində istehsalatla əlaqəli bədbəxt hadisələr barədə aidiyyəti dövlət strukturuna məlumatın verilməsi prosedurunun elektron əsaslar üzərində təkmilləşdirilməsi, bu sahədə təhqiqat işinin operativ şəraitdə və müasir tələblərə uyğun təşkil edilməsinə yönəlib.
Qeyd edək ki, əmək qanunvericiliyinə görə, hər bir işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatının aparılması üçün hadisə haqqında dövlət nəzarətini həyata keçirən dövlət strukturuna, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməyə borcludur. Xidmətin elektronlaşması baş vermiş bədbəxt hadisələr barədə işəgötürənlər tərəfindən məlumat verilməsi prosesinin sürətlənməsinə şərait yaradır.
Adı çəkilən xidmətdən istifadə edən dövlət qurumları, hüquqi və fiziki şəxslər "elektron imza" kartı (yaxud Mobil Autentifikasiya Sertifikatı) ilə autentifikasiyadan keçərək "Elektron hökumət" portalına (www.e-gov.az) daxil olduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi" e-xidmətini seçir. Bu zaman işəgötürən haqqında məlumatlar sistem tərəfindən avtomatik rejimdə müəyyən olunur. İstifadəçi bədbəxt hadisənin baş verdiyi tarixi, saatı və ünvanı, hadisə haqqında qısa məlumatı, onun baş vermə şəraitini, zərərçəkənlər, habelə hadisə ilə bağlı məlumat verən şəxs barədə məlumatları daxil edir. Qeyd edək ki, sistem zərərçəkən barədə məlumatı da avtomatik rejimdə müəyyən edir.
İstifadəçi müraciəti təsdiq etdikdən sonra müraciət dərhal sistemdə qeydiyyata alınır və istifadəçiyə istehsalatda baş verən bədbəxt hadisə barədə məlumatların qeydiyyata alınmasına dair "Bildiriş" göndərilir.
“Elektron hökumət” portalına yeni xidmət inteqrasiya olundu
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət" portalına yeni elektron xidmət inteqrasiya olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi "İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi" xidməti elektronlaşdırılaraq portal üzərindən istifadəyə verilib.Yeni xidmət iş yerlərində istehsalatla əlaqəli bədbəxt hadisələr barədə aidiyyəti dövlət strukturuna məlumatın verilməsi prosedurunun elektron əsaslar üzərində təkmilləşdirilməsi, bu sahədə təhqiqat işinin operativ şəraitdə və müasir tələblərə uyğun təşkil edilməsinə yönəlib.
Qeyd edək ki, əmək qanunvericiliyinə görə, hər bir işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatının aparılması üçün hadisə haqqında dövlət nəzarətini həyata keçirən dövlət strukturuna, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməyə borcludur. Xidmətin elektronlaşması baş vermiş bədbəxt hadisələr barədə işəgötürənlər tərəfindən məlumat verilməsi prosesinin sürətlənməsinə şərait yaradır.
Adı çəkilən xidmətdən istifadə edən dövlət qurumları, hüquqi və fiziki şəxslər "elektron imza" kartı (yaxud Mobil Autentifikasiya Sertifikatı) ilə autentifikasiyadan keçərək "Elektron hökumət" portalına (www.e-gov.az) daxil olduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi" e-xidmətini seçir. Bu zaman işəgötürən haqqında məlumatlar sistem tərəfindən avtomatik rejimdə müəyyən olunur. İstifadəçi bədbəxt hadisənin baş verdiyi tarixi, saatı və ünvanı, hadisə haqqında qısa məlumatı, onun baş vermə şəraitini, zərərçəkənlər, habelə hadisə ilə bağlı məlumat verən şəxs barədə məlumatları daxil edir. Qeyd edək ki, sistem zərərçəkən barədə məlumatı da avtomatik rejimdə müəyyən edir.
İstifadəçi müraciəti təsdiq etdikdən sonra müraciət dərhal sistemdə qeydiyyata alınır və istifadəçiyə istehsalatda baş verən bədbəxt hadisə barədə məlumatların qeydiyyata alınmasına dair "Bildiriş" göndərilir.
Baxış sayı: 1026
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı