12px13px15px17px
Tarix:01/09/16

Dünyanın ən güclü smartfonu məlum olub

Çinin rəsmi təqdimatı hələ keçirilməyən “LeEco Le 2s Pro” smartfonu dünyanın ən güclü qurğusu seçilib. “AnTuTu” sınaqlarında aparat 158 min bal toplayaraq əvvəlki lider "OnePlus 3” smartfonunu geridə qoyub. Qurğunun dünya ictimaiyyətinə bu ilin sentyabrında təqdim ediləcəyi gözlənilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Rsute” resursuna istinadən yazır ki, smartfon “Qualcomm” şirkətinin “Snapdragon 821” prosessoru, metal korpuslu 5,5 düymlük ekran ilə təchiz edilib.

Bundan başqa, qurğu 4 qiqabaytlıq operativ və 32 qiqabaytlıq daxili yaddaşa malik olacaq. Displey “Full HD” formatını dəstəkləyir. Potensial alıcılar 6 qiqabaytlıq operativ yaddaşla təchiz edilən daha təkmil modeli də əldə edə bilərlər. Bu modelin fləş toplayıcısı 64 qiqabayt tutuma, displeyi “QHD” təsvir ölçüsünə malikdir.

Nizam Nuriyev  




Baxış sayı: 865

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024