Tarix:02/09/16
2014-cü ildən etibarən keçirilən Dünya Köçəri Oyunlarına 20-dən çox yarış, o cümlədən at çapma, oxatma, ənənəvi intellektual oyunlar, milli ov növləri üzrə yarışlar daxil edilib. Bundan başqa, yarışlar zamanı köçəri mədəniyyəti nümayiş olunacaq. Bu ilki oyunlarında Azərbaycan, Argentina, Braziliya, Macarıstan, İsrail, İtaliya, Qazaxıstan, Çin, Latviya, Niderland, Pakistan, Rusiya Federasiyası, ABŞ və digər ölkələrdən komandaların iştirakı gözlənilir.
Qeyd edək ki, bu və digər idman yarışlarının eləcə də əhəmiyyətli tədbirlərin “Azerspace-1” peyki vasitəsilə yayımlanması Qırğızıstanla “Azərkosmos” arasında davam edən əməkdaşlığın növbəti uğurlu addımı hesab olunur. Qeyd edək ki, 2015-ci ildən etibarən Qırğızısatnın ictimai kanalı KTRK kanalı da “Azerspace-1” peykinin resurslarından istifadə etməkdədir.
Qırğızıstanda keçirilən beynəlxalq yarışlar “Azerspace-1” peyki vasitəsilə yayımlanacaq
3-8 sentyabr 2016-cı il tarixində Qırğızıstanda keçiriləcək ikinci Dünya Köçəri Oyunları “Azerspace-1” peykinin resurslarından istifadə olunaraq canlı yayımlanacaq. Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərkosmos” ASC və Qırğızıstanın “Transfer LTD” arasında imzalanan müqaviləyə əsasən, 6 gün davam edəcək yarışların canlı görüntüsü dünyanın bir çox beynəlxalq yayım mərkəzinə “Azerspace-1” peyki vasitəsilə çatdırılacaq.2014-cü ildən etibarən keçirilən Dünya Köçəri Oyunlarına 20-dən çox yarış, o cümlədən at çapma, oxatma, ənənəvi intellektual oyunlar, milli ov növləri üzrə yarışlar daxil edilib. Bundan başqa, yarışlar zamanı köçəri mədəniyyəti nümayiş olunacaq. Bu ilki oyunlarında Azərbaycan, Argentina, Braziliya, Macarıstan, İsrail, İtaliya, Qazaxıstan, Çin, Latviya, Niderland, Pakistan, Rusiya Federasiyası, ABŞ və digər ölkələrdən komandaların iştirakı gözlənilir.
Qeyd edək ki, bu və digər idman yarışlarının eləcə də əhəmiyyətli tədbirlərin “Azerspace-1” peyki vasitəsilə yayımlanması Qırğızıstanla “Azərkosmos” arasında davam edən əməkdaşlığın növbəti uğurlu addımı hesab olunur. Qeyd edək ki, 2015-ci ildən etibarən Qırğızısatnın ictimai kanalı KTRK kanalı da “Azerspace-1” peykinin resurslarından istifadə etməkdədir.
Baxış sayı: 1024
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı