“Elektron hökumət” portalında daha çox hansı elektron arayışlardan istifadə olunur?
"Elektron hökumət" portalının təqdim etdiyi elektron arayışlardan 782082 dəfə istifadə edilib.
Qeyd edək ki, portal istifadəçilərinə 13 adda elektron arayış təqdim edir.
Ən çox istifadə olunan elektron arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi"İş yerinə dair arayış"dır ki, bu günə qədər 365954 dəfə istifadə edilib. Bununla da qeyd olunan arayışın alınması üçün vətəndaşın işlədiyi müəssisənin aidiyyəti şəxslərinə müraciət etməsinə, bunun üçün vaxt və zəhmət çəkməsinə ehtiyac qalmır. Arayışda işəgötürən barədə məlumatlar, habelə onun əlaqə nömrəsi, əmək müqaviləsinin bağlandığı tarix, işçinin şəxsi məlumatları və s. əksini tapır.
Ən çox tələb olunan digər arayış növü " Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış"dır ki, kredit almaq və müxtəlif məzmunlu fərdi məlumatlar üzrə elektron arayış təqdim etmək imkanını verən bu arayışlardan 204197 dəfə istifadə edilib. "Yaşayış yeri haqqında arayış"dan isə 47029 dəfə istifadə edilib.
Gənclərin tez-tez müraciət etdiyi "Diplom haqqında arayış"dan 37851 dəfə, "Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış"dan isə 37052 dəfə istifadə edilib.
Qeyd edək ki, "Elektron hökumət" portalında autenfikasiyadan keçən hər bir vətəndaş müvafiq e-xidməti seçdikdən sonra portal tərəfindən avtomatik olaraq formalaşdırılan arayışı tələb olunan təşkilata elektron şəkildə göndərmək, yaxud çap edərək təqdim etmək imkanına malikdir.
Digər tərəfdən, arayışın təqdim edildiyi qurumlar onun üzərindəki ştrix-koddan istifadə etməklə "Elektron hökumət" portalında bu sənədin həqiqiliyini, oradakı məlumatların düzgünlüyünü yoxlaya bilirlər.
Baxış sayı: 834
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı