12px13px15px17px
Tarix:07/09/16

Tədqiqat: “Elektron oxu qurğuları kağız kitabları üstələyə bilmir”

“Pew Research Center” şirkətinin statistik məlumatlarına görə, kağız kitablar hələ də elektron oxu qurğularından populyardır. Bununla bağlı tədqiqat son ildə amerikalılar arasında aparılıb.

“ICTnews” Elektron Xəbər Xidməti "DNI24” resursuna istinadən yazır ki, məlumata görə, ABŞ sakinlərinin 73 faizi ötən il ərzində ən azı bir dəfə kağız kitabdan istifadə edib. Sorğu iştirakçılarının 63 faizi kağız kitab oxuyub, 14 faizi audiokitablarla, 28 faizi elektron nəşrlərlə maraqlanıb. Elektron kitabların oxunması üçün ən çox planşet və ya smartfonlardan istifadə olunub. Xüsusi elektron oxu qurğuları bu sahədə populyarlıq qazana bilməyib.

Məlumdur ki, orta statistik amerikalı bir ildə təxminən dörd kitab oxuyur. Bu göstərici artıq beşinci ildir ardıcıl davam edir, halbuki 2011-2014-cü illərdə elektron mətn məhsullarının sayında 11 faizlik artım qeydə alınıb.
 
Nizam Nuriyev




Baxış sayı: 750

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024