Tarix:24/09/16
"Biz hesab edirik ki, Türkiyə Kosmik Agentliyinin yaradılması sayəsində güclü texnoloji irəliləyiş etmək mümkün olacaq", - nazir qeyd edib.
"ICTnews" Elektron Xəbər Xidməti "TASS www.tass.ru" resursuna istinadən yazır ki, o, həmçinin əlavə edib ki, agentlik çərçivəsində profilli nazirlərin daxil olacağı kosmik sahədə strategiyalar üzrə Ali Şura yaradılacaq. Yeni strukturun qanun layihəsinin və nizamnaməsinin hazırlanmasında "NASA" və digər kosmik agentliklərin analoji sənədlərindən istifadə olunub.
Nazir vurğulayıb ki, artıq Almaniya və Yaponiyanın kosmik agentlikləri ilə əməkdaşlığa başlanılıb. Yaponiya ilə Beynəlxalq Kosmik Stansiyada bir sıra birgə təcrübə və eksperimentlərin keçirilməsi barədə protokol imzalanıb. "Biz, həmçinin Yaponiya ilə birlikdə 2017-ci ilin əvvəlində Yerətrafı orbitə sınaq peykini göndərməyi planlaşdırırıq", - Ə.Arslan deyib.
2014-cü ildə Konya əyalətində Türkiyə kosmik bazasının tikintisi başa çatıb. Burada peyklərin istehsalı və sınaqları üçün avadanlıqlar yerləşir. Baza eyni anda bir neçə kosmik aparatda avadanlığın quraşdırılması ilə məşğul olmağa, müxtəlif sistemləri inteqrasiya etməyə, aparatların kosmosa göndərilməsi üçün sınaqların və start meydançalarına aparılmasına hazırlıqların keçirilməsinə imkan verir.
Hazırda ölkə Yerətrafı orbitdə altı telekommunikasiya peykinə, Yer səthinin müşahidəsi və fotoşəkilinin çəkilməsi peykinə, eləcə də kəşfiyyat peykinə malikdir. Respublika daha iki telekommunikasiya peyki hazırlayır və perspektivdə orbitdə iştirakını artırmaq niyyətindədir.
Nizam Nuriyev
Türkiyə kosmik agentlik yaradacaq
Türkiyə Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyi Milli Kosmik Agentliyinin yaradılması haqqında qanun layihəsi üzərində işin başa çatdırılmasını bəyan edib. Nazir Əhməd Arslan "Anadolu" agentliyinə müsahibədə bildirib ki, sənəd gələn il parlamentə müzakirə və təsdiq üçün təqdim ediləcək."Biz hesab edirik ki, Türkiyə Kosmik Agentliyinin yaradılması sayəsində güclü texnoloji irəliləyiş etmək mümkün olacaq", - nazir qeyd edib.
"ICTnews" Elektron Xəbər Xidməti "TASS www.tass.ru" resursuna istinadən yazır ki, o, həmçinin əlavə edib ki, agentlik çərçivəsində profilli nazirlərin daxil olacağı kosmik sahədə strategiyalar üzrə Ali Şura yaradılacaq. Yeni strukturun qanun layihəsinin və nizamnaməsinin hazırlanmasında "NASA" və digər kosmik agentliklərin analoji sənədlərindən istifadə olunub.
Nazir vurğulayıb ki, artıq Almaniya və Yaponiyanın kosmik agentlikləri ilə əməkdaşlığa başlanılıb. Yaponiya ilə Beynəlxalq Kosmik Stansiyada bir sıra birgə təcrübə və eksperimentlərin keçirilməsi barədə protokol imzalanıb. "Biz, həmçinin Yaponiya ilə birlikdə 2017-ci ilin əvvəlində Yerətrafı orbitə sınaq peykini göndərməyi planlaşdırırıq", - Ə.Arslan deyib.
2014-cü ildə Konya əyalətində Türkiyə kosmik bazasının tikintisi başa çatıb. Burada peyklərin istehsalı və sınaqları üçün avadanlıqlar yerləşir. Baza eyni anda bir neçə kosmik aparatda avadanlığın quraşdırılması ilə məşğul olmağa, müxtəlif sistemləri inteqrasiya etməyə, aparatların kosmosa göndərilməsi üçün sınaqların və start meydançalarına aparılmasına hazırlıqların keçirilməsinə imkan verir.
Hazırda ölkə Yerətrafı orbitdə altı telekommunikasiya peykinə, Yer səthinin müşahidəsi və fotoşəkilinin çəkilməsi peykinə, eləcə də kəşfiyyat peykinə malikdir. Respublika daha iki telekommunikasiya peyki hazırlayır və perspektivdə orbitdə iştirakını artırmaq niyyətindədir.
Nizam Nuriyev
Baxış sayı: 652
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır