12px13px15px17px
Tarix:03/10/16

ABŞ qlobal internetin idarəetməsinə təsir imkanından məhrum olub

1 oktyabr tarixində domen adları və IP ünvanların idarəetməsi üzrə korporasiyanın (“ICANN”) ABŞ-ın Ticarət Nazirliyi və Milli İnformasiya və  Rabitə İdarəsi ilə müqaviləsinin müddəti bitib. Bu haqda “Financial Times” nəşri yazır.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, müqavilənin müddətinin bitməsi onu bildirir ki, internetin işləməsi üzrə texniki funksiyaların icrası tamamilə beynəlxalq cəmiyyətin nəzarətinə keçir və ABŞ qlobal şəbəkənin idarə edilməsinə nəzarət imkanından məhrum edilir.

“ICANN” bundan sonra da öz funksiyalarını icra edəcək, ancaq indi öz işlərini yuxarıda göstərilən idarələrlə razılaşdırmayacaq. Mənbənin sözlərinə görə, “ICANN” domen adları və ünvanlarının kök bazasında dəyişikliklərə sorğuların emalı və onların normalara uyğun yoxlanılması üçün xüsusi şirkət təsis etmək niyyətindədir. Xüsusi şirkətdə beynəlxalq cəmiyyətin nümayəndələri iştirak edəcəklər.

Emil Hüseynov




Baxış sayı: 1032

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024