Tarix:04/10/16
İstanbulun "Bahçeköy" İdman Salonunda keçirilmiş 5-ci "Bogaziçi" Beynəlxalq Voleybol Turnirində "Beşiktaş JK", "Çanakkala", "Əczaçıbaşı SK", "Halkbank", "Sarıyer Bələdiyyəsi" İdman klubları öz güclərini sınayıblar.
"A" qrupunda "Telekom Bakı" ilk oyununda meydan sahibləri "Sarıyer Bələdiyyəsi" İdman Klubu ilə qarşılaşıb. Gərgin keçən oyunda komandamız 3:1 hesabı ilə qalib gəlib. Növbəti oyunda da "Beşiktaş JK" ilə oyunu yaxşı keçirən "Telekom Bakı" 3:0 hesabı ilə qalib gələrək qrup birincisi olub.
"B" qrupunda isə qalib dünya ulduzlarından təşkil olunmuş "Əczaçıbaşı SK" olub. "Əczaçıbaşı SK" "Çanakkala" və "Halkbank" komandaları üzərində 3:0 hesabı ilə qələbə qazanıb.
"Telekom Bakı" komandasının yarımfinalda rəqibi "B" qrupunun ikincisi olan "Çanakkala" olub. Baş məşqçi Zoran Qayiçin yetirmələri bu oyunda da yüksək peşəkarlıq göstərərək 3:0 hesabı ilə oyunu qalib başa vurublar. Digər yarımfinal oyununda "Əczaçıbaşı SK" "Beşiktaş JK" üzərində 3:2 qələbə qazanıb.
"Çanakkala" turnirin 3-cü yer uğrunda keçirilən oyununda "Beşiktaş JK" üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanaraq turnirin 3-cüsü olub.
5-ci "Bogaziçi" Beynəlxalq Voleybol Turnirinin final oyununda "Əczaçıbaşı SK" və "Telekom Bakı" üz-üzə gəlib. Heyəti əsasən gənc oyunçulardan qurulan "Telekom Bakı" dünya yığması hesab edilən "Eczacıbaşı SK" komandasına uduzub. Oyunu 3:0 hesabı ilə xeyrinə bitirən "Əczaçıbaşı SK" turnirin qalibi olub.
Beləliklə, "Telekom Bakı" komandası 5-ci "Bogaziçi" Beynəlxalq Voleybol Turnirində fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Komandamız bu turnirdə Yelizaveta Səmədova, Ülkər Kərimova, Olena Həsənova, Yana Əzimova, Marqarita Əzizova, Anastasiya Baidiuk, Anastasiya Bezsonova, Aleksandra Petroviç, Mariya Filipova, Jovana Vesoviç, Ksenija İvanoviç, Sladjana Mirkoviç, Gabriela Koevanın təmsil olunduğu heyətlə çıxış edib.
“Telekom Bakı” beynəlxalq voleybol turnirində ikinci yeri tutub
Türkiyənin ən nüfuzlu turnirlərindən hesab olunan 5-ci "Bogaziçi" Beynəlxalq Voleybol Turnirində ölkəmizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin himayəsi ilə "Telekom Bakı" komandası təmsil edib.İstanbulun "Bahçeköy" İdman Salonunda keçirilmiş 5-ci "Bogaziçi" Beynəlxalq Voleybol Turnirində "Beşiktaş JK", "Çanakkala", "Əczaçıbaşı SK", "Halkbank", "Sarıyer Bələdiyyəsi" İdman klubları öz güclərini sınayıblar.
"A" qrupunda "Telekom Bakı" ilk oyununda meydan sahibləri "Sarıyer Bələdiyyəsi" İdman Klubu ilə qarşılaşıb. Gərgin keçən oyunda komandamız 3:1 hesabı ilə qalib gəlib. Növbəti oyunda da "Beşiktaş JK" ilə oyunu yaxşı keçirən "Telekom Bakı" 3:0 hesabı ilə qalib gələrək qrup birincisi olub.
"B" qrupunda isə qalib dünya ulduzlarından təşkil olunmuş "Əczaçıbaşı SK" olub. "Əczaçıbaşı SK" "Çanakkala" və "Halkbank" komandaları üzərində 3:0 hesabı ilə qələbə qazanıb.
"Telekom Bakı" komandasının yarımfinalda rəqibi "B" qrupunun ikincisi olan "Çanakkala" olub. Baş məşqçi Zoran Qayiçin yetirmələri bu oyunda da yüksək peşəkarlıq göstərərək 3:0 hesabı ilə oyunu qalib başa vurublar. Digər yarımfinal oyununda "Əczaçıbaşı SK" "Beşiktaş JK" üzərində 3:2 qələbə qazanıb.
"Çanakkala" turnirin 3-cü yer uğrunda keçirilən oyununda "Beşiktaş JK" üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanaraq turnirin 3-cüsü olub.
5-ci "Bogaziçi" Beynəlxalq Voleybol Turnirinin final oyununda "Əczaçıbaşı SK" və "Telekom Bakı" üz-üzə gəlib. Heyəti əsasən gənc oyunçulardan qurulan "Telekom Bakı" dünya yığması hesab edilən "Eczacıbaşı SK" komandasına uduzub. Oyunu 3:0 hesabı ilə xeyrinə bitirən "Əczaçıbaşı SK" turnirin qalibi olub.
Beləliklə, "Telekom Bakı" komandası 5-ci "Bogaziçi" Beynəlxalq Voleybol Turnirində fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Komandamız bu turnirdə Yelizaveta Səmədova, Ülkər Kərimova, Olena Həsənova, Yana Əzimova, Marqarita Əzizova, Anastasiya Baidiuk, Anastasiya Bezsonova, Aleksandra Petroviç, Mariya Filipova, Jovana Vesoviç, Ksenija İvanoviç, Sladjana Mirkoviç, Gabriela Koevanın təmsil olunduğu heyətlə çıxış edib.
Baxış sayı: 1023
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı