Tarix:26/09/11
Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, akademik Ramiz Mehdiyev gündəliyin üçüncü məsələsi üzrə də “Beynəlxalq informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə ümumi yanaşmalar” mövzusunda məruzə ilə çıxış etmişdir.
Akademik Ramiz Mehdiyevin
məruzəsi
- Hörmətli həmkarlar!
Hörmətli xanımlar və cənablar!
Şübhəsiz ki, hazırkı forumun müzakirəsinə çıxarılan məsələlər dünya ictimaiyyətini, xüsusən də terrorizm, məcburi ekstremizm və separatizm təhlükəsinə məruz qalan ölkələri narahat edir. Bu hadisələr barəsində biz nədənsə ümumiləşdirilmiş halda danışırıq, onların harada və hansı şəraitdə formalaşdığını demirik. Axı, bu təhlükəli hadisələrin hər birinin yarandığı konkret ünvan və həyata keçirilmə məqsədi vardır.
XX əsrin sonu və XXI əsrin əvvəlində elmi-texniki inkişaf postsənaye informasiya cəmiyyətinin yaranmasına gətirib çıxarmış, bununla da dünyanın adi mərkəzçi-dövlət modeli dəyişmişdir.
Bu gün müasir informasiya-kommunikasiya texnologiyaları olmadan sosial-siyasi prosesləri səmərəli idarə etmək mümkün deyildir.
Ölkənin firavanlığı və dünya sivilizasiyasında yeri informasiya texnologiyaları sahəsində siyasətin praqmatikliyindən və çevikliyindən asılıdır.
İnformasiya məkanının qloballaşması və kütləvi kommunikasiya vasitələri şəbəkəsinin təsiri altında cəmiyyətdə baş verən dəyişikliklər təkcə müəyyən üstünlüklər və mənfəətlərlə məhdudlaşmayıb, həm də sosial-siyasi sahədə informasiya mübarizəsi aparmaq üçün geniş imkanlar açır, bu da öz növbəsində milli və beynəlxalq təhlükəsizliyə təhdid doğurur.
Bu vəziyyət milli təhlükəsizlik və ilk növbədə, informasiya təhlükəsizliyi kimi mühüm sahənin problemlərinə ənənəvi yanaşmaların ciddi transformasiyasına gətirib çıxarmışdır.
Formalaşmaqda olan yeni informasiya-kommunikasiya mühiti istənilən ölkənin siyasi, iqtisadi və müdafiə təhlükəsizliyinə fəal təsir göstərir.
Şübhəsiz, informasiya həmişə ən mühüm resurs olmuşdur, lakin məhz XXI əsrdə bu resurs istər ayrıca dövlətin, istərsə də bütövlükdə beynəlxalq münasibətlər sisteminin sabit inkişafının təmin edilməsi üçün həqiqətən həyati zərurətə çevrilmişdir.
Digər tərəfdən, bu gün biz hamımız qlobal informasiya mübadiləsinin iştirakçıları kimi yeni informasiyanı təhlil etmək, ondan istifadə etmək, onu yaratmaq üçün praktiki olaraq qeyri-məhdud imkanlar qazanmış, onu hamı üçün əlyetərli etmişik.
Əvvəllər tarixdə heç vaxt bir insan çox böyük sayda başqa insanlarla qarşılıqlı informasiya təsiri imkanına malik olmamışdır.
İnternetlə əlaqədar, xüsusən onun çoxistifadəçili interaktiv forması və ya sadə dildə desək, avtomatlaşdırılmış sosial mühit olan və ümumi maraqların birləşdirdiyi istifadəçi qruplarını əhatə edən sosial şəbəkələrlə əlaqədar yaranmış yeni imkanlar müxtəlif ölkələrdə kütləvi etirazlar zamanı nümayiş etdirilmiş, mahiyyət etibarilə müasir informasiya texnologiyalarını çaylaq daşı və “Molotov kokteyli” kimi siyasi silaha çevirmişlər.
Buna görə də “Freedom House” kimi təşkilatların guya internetdən istifadəyə məhdudiyyətlər olan ölkələrdəki istifadəçilər üçün internetdən istifadə metodlarını hamının görə biləcəyi şəkildə nümayiş etdirməsi təəccüb doğurur.
Bu halda onlar unudurlar ki, terrorçular da eyni metodlardan istifadə edirlər, halbuki ABŞ və antiterror koalisiya üzrə onun tərəfdaşları terrorçulara qarşı mübarizəni özlərinin prioritet vəzifəsi hesab edirlər.
Bundan əlavə, dünyada son vaxtlar baş vermiş hadisələrin qiymətləndirilməsində ikili standartlar nümayiş etdirilir. Bu hadisələrə təkan verən də elə həmin sosial şəbəkələr olmuşdur.
Məsələn, bəzi hallarda deyirlər ki, internet azadlığından söhbət gedir, bu azadlığın məhdudlaşdırılması söz azadlığının məhdudlaşdırılması deməkdir, başqa hallarda isə dözümsüzlük göstərərək “sıfır tolerantlıq” prinsipini əsas götürənlər söz azadlığından dəm vuranlar tərəfindən heç bir tənqidə məruz qalmırlar.
Təbii ki, kompyuter texnologiyaları özlüyündə prinsip etibarilə nə siyasəti, nə də beynəlxalq münasibətlər sistemini transformasiya etmir.
Bununla bərabər, aşkardır ki, beynəlxalq informasiya təhlükəsizliyini, ilk növbədə informasiya texnologiyalarından düşmənçilik məqsədilə istifadə edilməsi təhlükəsinin azaldılması hesabına möhkəmlətmədən milli və qlobal təhlükəsizliyin səmərəli təmin edilməsi mümkün deyildir.
Lakin təəssüf ki, informasiyanın qəsdən təhrif edilməsi, yanlış informasiya verilməsi, məlumatların saxtalaşdırılması, müasir informasiya texnologiyalarından müxtəlif cinayətlər, məqsədyönlü qanunsuz əməllər törədilməsi üçün, o cümlədən terror məqsədi ilə istifadə edilməsi bu gün adi hala çevrilir.
Bizim fikrimizcə, universal səviyyədə informasiya məkanında fərdin təhlükəsizliyinin və azadlığının mənafeləri arasında tarazlığa, habelə qlobal informasiya mübadiləsinin iştirakçılarının hüquq və vəzifələrinin tarazlığına əsaslanan informasiya təhlükəsizliyinin vahid standartlarının və meyarlarının müəyyən edilməsi zəruridir.
Təbii ki, vəzifələrdən söhbət gedəndə, ilk növbədə, beynəlxalq münasibətlər sisteminin ənənəvi aktorlarını – milli dövlətləri yada salmaq lazımdır.
Qeyd etmək lazımdır ki, hər bir müasir dövlət kimi Azərbaycan da informasiya-telekommunikasiya texnologiyalarının inkişafına böyük diqqət yetirir. Bu sahə ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqaməti elan edilmişdir.
Biz informasiya təhlükəsizliyi məsələlərində Avropa Şurası, Avropa Komissiyası, NATO, Beynəlxalq Elektrik Rabitəsi İttifaqı və digər beynəlxalq təşkilatlarla fəal qarşılıqlı əlaqə saxlayırıq.
2008-ci ildə Azərbaycan Avropa Şurasının “Kibernetik cinayətkarlıq haqqında Konvensiya”sını imzalamışdır.
Beynəlxalq Elektrik Rabitəsi İttifaqının tövsiyəsi ilə ölkəmiz 2010-cu ildən Beynəlxalq Elektrik Rabitəsi İttifaqının üzvü olan 192 ölkədən 136-sını birləşdirən beynəlxalq çoxtərəfli tərəfdaşlıq (İnternational Multilateral Partnership against Cyberthreats – İMPACT). çərçivəsində əməkdaşlıq edir.
Azərbaycan həm də “Şərq tərəfdaşlığı – Avropa Şurası mexanizmi” proqramı çərçivəsində Şərqi Avropada həyata keçirilən kibernetik cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq layihəsində iştirak edir.
Bu layihənin həyata keçirilməsi gedişində Avropa və beynəlxalq normativ vasitələrindən və praktikadan istifadə edilməklə kibercinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın səmərəli həyata keçirilməsi üçün potensialın möhkəmlənməsi üzrə məsələlər həll edilir.
Növbəti regional konfransın Bakıda keçirilməsi planlaşdırılır. Hamıya məlumdur ki, haker hücumları qərəzli xarakter daşıyır və hər gün dünyanın bütün ölkələrində baş verir. Azərbaycan da informasiya təhlükəsizliyinə təhdidlərlə üzləşir.
Bu baxımdan qeyd edə bilərək ki, son bir ildə ölkəmizin dövlət orqanlarının və digər müəssisələrinin kompyuter sistemlərinə haker hücumlarının sayı artmışdır.
İnformasiya təhlükələrinin təşviş əhval-ruhiyyəsinin yayılması, dövlətin ərazi bütövlüyü haqqında informasiyanın təhrif edilməsi, terrorçu və separatçı radikal-dini fəaliyyətə təhrikçilik kimi formalarını da xatırlatmalıyıq. Təəssüf ki, Azərbaycan aşkar informasiya təhrikçiliyi nümunələri ilə çox tez-tez üzləşir.
Bu hallarda kibernetik məkanda separatçı fəaliyyətə açıq çağırışlar müşahidə olunur, dövlətin ərazi bütövlüyü şübhə altına qoyulur.
Vurğulamağa dəyər ki, bu cür hərəkətlər çox vaxt qonşu Ermənistanın informasiya strukturları tərəfindən törədilir.
Ermənistan ilə Azərbaycan arasında münaqişənin mahiyyəti haqqında yalan məlumatlar yayan informasiya resurslarının yaradılması, ərazilərin adları dəyişdirilmiş saxta xəritələr hazırlanması, bu məqsədlər üçün Azərbaycana aid domen adlarından istifadə edilməsi ölkəmizə qarşı haker hücumlarının müxtəlif növləri hesab edilə bilər.
Son bir neçə ildə İran İslam Respublikası tərəfindən Azərbaycanın efir məkanının məqsədyönlü şəkildə pozulmasının davam etməsini də xatırlatmalıyıq.
Bədnam “Səhər 1” beynəlxalq kanalı əsasən Azərbaycandakı hədəf auditoriyasına ünvanlanmışdır və bu kanal ölkəmiz haqqında daim bilərəkdən yalan və saxta informasiya yayır. Bu vəziyyət Beynəlxalq Elektrik Rabitəsi İttifaqının “Radiorabitə reqlamenti”nin 23-cü maddəsinin birbaşa pozulması deməkdir.
Həmin maddədə konkret olaraq müəyyən edilmişdir ki, radioyayım stansiyalarının gücü milli radio xidməti tərəfindən həmin ölkənin sərhədləri daxilində yayımın yaxşı keyfiyyətinin qənaətlə və səmərəli təmin edilməsi üçün zəruri kəmiyyətdən yuxarı olmamalıdır.
Təbii ki, Azərbaycan öz efir məkanının informasiya təhlükəsizliyinin müdafiəsini təmin etmək üçün texniki və texnoloji tədbirlər görür.
İranın rəsmi şəxsləri bu problemin mövcud olmasını çoxsaylı ikitərəfli, o cümlədən müvafiq qurumlar səviyyəsində görüşlərdə etiraf edirlər, lakin vəziyyət dəyişmir.
Qeyd etmək lazımdır ki, başqa ölkələr də buna oxşar çətinliklərlə üzləşirlər. Bununla əlaqədar efir məkanının oxşar pozulması hallarının tənzimlənməsi üçün real mexanizmləri birlikdə axtarmaq lazımdır.
Bu gün informasiya təhlükəsizliyinə təhdidlər təhlükəli amilə çevrilmişdir. Ona qarşı mübarizə aparmaq üçün bütün dünya birliyinin fəal səylərini birləşdirmək, habelə müasir təhdidlərin aradan qaldırılması və qarşısının alınması probleminə əsaslı yeni strateji yanaşmanın formalaşması zəruridir.
İnformasiyanın artmaqda olan əhəmiyyəti qarşılıqlı informasiya təsiri proseslərinin tənzimlənməsinin təmin olunması üçün dövlətin fəal müdaxiləsini tələb edir.
Biz unutmamalıyıq ki, informasiya texnologiyalarının inkişafı artıq bu gün cəmiyyətin həyatının demək olar bütün sahələrində genişmiqyaslı mənfi nəticələr doğurur.
Son olaraq qeyd etmək istərdim ki, qlobal informasiya əsrində informasiya döyüş meydanı sürətli nüvə silahlanması ilə müqayisədə qat-qat artıq dərəcədə xaotik ola bilər, çünki bu döyüşdə çoxsaylı xırda iştirakçılar və qeyri-dövlət oyunçuları vardır.
Onların ciddi təhlükə yaratması üçün cəmi bir kompyuter və ya qlobal şəbəkəyə qoşulmuş adi mobil telefon kifayətdir. Mövcud təhlükələr müasir dövrün bu cür çağırışlarına ən yaxın müddətdə münasibət bildirməyin zəruriliyini şərtləndirir.
Diqqətinizə görə təşəkkür edirəm.
Akademik Ramiz MEHDİYEV: Beynəlxalq informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə yeni strateji yanaşmanın formalaşması zəruridir
Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşü keçirilmişdir.Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, akademik Ramiz Mehdiyev gündəliyin üçüncü məsələsi üzrə də “Beynəlxalq informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə ümumi yanaşmalar” mövzusunda məruzə ilə çıxış etmişdir.

Baxış sayı: 1386
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır