12px13px15px17px
Tarix:07/10/16

Ən çox istifadə olunan elektron xidmətlərin statistikası açıqlandı

Ölkə əhalisinin elektron xidmətlərdən istifadəsi genişlənir. "Elektron hökumət" portalına müraciət edən istifadəçilərin sayının hər ötən gün artması bunu deməyə əsas verir.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi "Elektron hökumət" portalında təqdim olunan elektron xidmətlərdən istifadə üzrə növbəti statistikanı açıqlayıb. 


Statistikaya əsasən, 2016-cı ilin yanvarın 1-dən oktyabırın 1-dək portalın təqdim etdiyi xidmətlərə  müraciət  sayı 13 milyon 562 min 257-yə olub.


Bu müddət ərzində "Elektron hökumət" portalı vasitəsi ilə bir neçə qurumun elektron xidmətlərinə daha çox müraciət olunub. 


Belə ki,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə  4 milyon 491 min 884, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 4 milyon 245 min 812, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 4 milyon 047 min 190, Dövlət Gömrük Komitəsinin 316 min 085, Daxili İşlər Nazirliyinin elektron xidmətlarinə isə 54 min 737 müraciət qeydə alınıb. 


Müşahidələr göstərir ki, sosial yönümlü elektron xidmətlərə maraq daha çoxdur. 3 rüb ərzində ƏƏSMN-in "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi" xidmətindən 1 milyon 408 min 190  dəfə istifadə edilib.


 Bu müddət ərzində qurumun ikinci ən çox istifadə olunan elektron xidməti isə "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” xidmətidir ki, bu xidmətdən 9 ay ərzində 1 milyon 203 min 524 dəfə istifadə edilib. Onu da qeyd edək ki, bu xidmət cari ilin fevral ayının 22-də elektronlaşdırılaraq portala inteqrasiya edilib.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 9 ay ərzində ən çox istifadə olunan "Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet  və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” xidmətindən  1 milyon 814 min  016 dəfə istifadə edilib. 


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətinə 2 milyon 024 min 616 dəfə müraciət qeydə alınıb.
Qeyd edək ki, Mobil Nömrə Daşınması (MND) xidməti abunəçilərə mobil nömrələrini dəyişmədən istənilən digər mobil operator şəbəkəsinə qoşulmaq imkanı verir. Yəni abonentlər öz mobil nömrəsinin prefiksini dəyişmədən operatorunu dəyişə bilir. Bu xidmətdən istifadə etməklə isə istifadəçi zəng edəcəyi nömrənin hansı şəbəkəyə daşınması ilə bağlı məlumat əldə edə bilir.


Portalda 12 elektron xidməti ilə təmsil olunan Dövlət Gömrük Komitəsinin “Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə” xidmətinə 23 min 889 dəfə müraciət edilib.
Qeyd edək ki, “Elektron Gömrük Bəyannaməsi haqqında məlumatların əldə edilməsi” “Mənim idxal/ixrac əməliyyatlarım” adlı elektron xidmətlər də qurumun ən çox müraciət olunan xidmətlərindəndir.


Daxili İşlər Nazirliyinin təqdim etdiyi "Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar” adlı xidmətinə  isə 9 ay ərzində 27 min 473 dəfə müraciət edilib.




Baxış sayı: 1574

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024