12px13px15px17px
Tarix:13/06/11

İlk “Wi-Fi” şəbəkəli istirahət mərkəzi

Yay fəslinin gəlməsi ilə əlaqədar istirahət mərkəzlərində canlanma yaranıb. Xidmət səviyyəsinə görə bir-biri ilə rəqabətə başlayan bu mərkəzlər özlərinin cəlbedici xidmət səviyyələrinə görə bir-biri ilə mübarizəyə başlayıb.
Regionlarda ilk dəfə olaraq Nabranda yerləşən “Palma” istirahət mərkəzi internetə simsiz daxil olmaq üçün “Wi-Fi” şəbəkəsi yaradıb. Mərkəzin inzibatçısı Kərim Süleymanovun verdiyi məlumata görə, düşərgəyə istirahətə gələn müştərilərin internetə daxil olması üçün parol verilir. “Bu paroldan istifadə edən hər bir kəs yüksək keyfiyyətlə internetə daxil olub xidmətdən istifadə edə bilər. Bundan başqa kotteclərdə telefon xidmətləri də var. “Delta Telekom” şirkətinin xidmətindən istifadə etdiyimiz üçün bizim 404-lə başlayan şəhər nömrələrimizə zəng edən müştərilərimizə elə Nabranda cavab veririk”- deyə o bildirib.
Qeyd edək ki, yüksək keyfiyyətli xidmətləri ilə bura gələnlərə komfortlu xidmət təklif edən “Palma”da müasir texnologiyaların tətbiq edildiyi konfrans zalı var ki, burada simsiz internet üzərindən videokonfrans rabitəsi də yaratmaq olar.



Baxış sayı: 1149

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024