Tarix:12/10/16
İlk olaraq komandalar 2 qrupa bölünüblər.
Reqlamentə uyğun olaraq A və B qrupunda 1-ci yeri tutan komandalar çempionluq, növbəti yeri tutanlar isə üçüncülük uğrunda mübarizə aparıb.
A qrupunda "Aztelekom" MMC-nin idmançıları ilk olaraq Dövlət Radiotezliklər İdarəsini (DRİ) 2:1, ardınca Məlumat Hesablama Mərkəzini (MHM) 2:0, sonda isə "Azərpoçt"un komandasını 2:0 məğlub edərək qrup birincisi olub. Qrup ikinciliyini isə DRİ-nin komandası qazanıb.
Digər qrupda isə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) komandası bütün rəqiblərini məğlub edərək qrup liderliyinə yüksəlib. İkinciliyi isə Hərbiləşdirilmiş Mühafizə İdarəsinin (HMİ) komandası əldə edib.
Ötən gün Voleybol Federasiyasının İdman zalında ilkin olaraq qrup ikinciləri meydana çıxıb. HMİ və DRİ komandaları arasında baş tutan üçüncülük yarışında HMİ idmançıları rəqibə şans tanımayıb.
Final qarşılaşmasında isə "Aztelekom" MMC-nin və BTRİB-in komandaları üz-üzə gəlib. "Aztelekom" idmançıları daha inamlı oyun sərgiləyərək BTRİB-in komandası üzərində 2:0 hesabı ilə qələbə çalaraq çempion adını qazanıb.
Məlumat üçün bildirək ki, idmanın 9 növü (atletika, voleybol, stolüstü tennis, kəndirdartma, mini-futbol, şahmat, nərd, dama və güllə atıcılığı) üzrə keçirilən yarışlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumları təmsil edən 14 komanda və 500-dən artıq idmançı iştirak edir.
Rabitə işçilərinin “Sağlamlıq-2016” respublika spartakiadası çərçivəsində voleybol yarışlarına yekun vurulub
Azərbaycanda rabitənin yaradılmasının 135 illiyi münasibətilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və "Spartak" Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin Respublika Şurasının birgə təşkilatçılığı ilə rabitə işçilərinin "Sağlamlıq-2016" respublika spartakiadası çərçivəsində 2 gün davam edən voleybol yarışlarına yekun vurulub.İlk olaraq komandalar 2 qrupa bölünüblər.
Reqlamentə uyğun olaraq A və B qrupunda 1-ci yeri tutan komandalar çempionluq, növbəti yeri tutanlar isə üçüncülük uğrunda mübarizə aparıb.
A qrupunda "Aztelekom" MMC-nin idmançıları ilk olaraq Dövlət Radiotezliklər İdarəsini (DRİ) 2:1, ardınca Məlumat Hesablama Mərkəzini (MHM) 2:0, sonda isə "Azərpoçt"un komandasını 2:0 məğlub edərək qrup birincisi olub. Qrup ikinciliyini isə DRİ-nin komandası qazanıb.
Digər qrupda isə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) komandası bütün rəqiblərini məğlub edərək qrup liderliyinə yüksəlib. İkinciliyi isə Hərbiləşdirilmiş Mühafizə İdarəsinin (HMİ) komandası əldə edib.
Ötən gün Voleybol Federasiyasının İdman zalında ilkin olaraq qrup ikinciləri meydana çıxıb. HMİ və DRİ komandaları arasında baş tutan üçüncülük yarışında HMİ idmançıları rəqibə şans tanımayıb.
Final qarşılaşmasında isə "Aztelekom" MMC-nin və BTRİB-in komandaları üz-üzə gəlib. "Aztelekom" idmançıları daha inamlı oyun sərgiləyərək BTRİB-in komandası üzərində 2:0 hesabı ilə qələbə çalaraq çempion adını qazanıb.
Məlumat üçün bildirək ki, idmanın 9 növü (atletika, voleybol, stolüstü tennis, kəndirdartma, mini-futbol, şahmat, nərd, dama və güllə atıcılığı) üzrə keçirilən yarışlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumları təmsil edən 14 komanda və 500-dən artıq idmançı iştirak edir.
Baxış sayı: 998
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı